MƏDƏNİYYƏT


Xalq Rəssamı Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunan mühazirə

Bakı, 17 oktyabr, AZƏRTAC

“ASAN xidmət”, “YARAT” Müasir İncəsənət Məkanı, Beynəlxalq Muğam Mərkəzi və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və dünya incəsənətinə həsr olunan mühazirələr davam edir.

AZƏRTAC xəbər verir ki, bu çərçivədə növbəti mühazirə oktyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev tərəfindən keçirilib.

Mühazirənin mövzusu Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Xalq Rəssamı Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunub.

Bildirilib ki, Səttar Bəhlulzadə Azərbaycan rəngkarlıq məktəbinin uca zirvəsində duran rəssamlardandır. Onun əsərləri dünya miqyasında keçirilən sərgilərdə, tədbirlərdə nümayiş olunur.

Vurğulanıb ki, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən Səttar Bəhlulzadənin 100 illik yubileyi UNESCO-da böyük nümayəndə heyətinin iştirakı ilə qeyd edilib.

Diqqətə çatdırılıb ki, Səttar Bəhlulzadə xalq tərəfindən sevilən, hörmətlə qarşılanan, çox sadə, təvazökar, öz işini hər şeydən uca tutan şəxsiyyət idi. Azərbaycanı qarış-qarış gəzərək gördüklərini əsərlərində əks etdirən rəssamın mənzərələri ilə yanaşı, portretləri də diqqəti xüsusi cəlb edir. O, böyük şəxsiyyətlərin daxili dünyasını öz üslubu, özünəməxsus ustalığı ilə ifadə etməyə müvəffəq olub.

Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bu layihə çərçivəsində incəsənət sahəsində tanınmış ekspertlər tərəfindən ümumi mühazirələr təşkil olunur. Azərbaycan və dünya mədəniyyətinə, incəsənətinə həsr olunan mühazirələrdə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, könüllüləri və vətəndaşlar iştirak edirlər.

Layihə müddətində indiyədək 3 mühazirə təşkil olunub və ümumilikdə 300 nəfər iştirak edib.

Silsilə mühazirələr iştirakçıların milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasına yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.