MƏDƏNİYYƏT
Xalq artistlərinin yubileyləri qeyd olunacaq
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki qocaman sənətkar və Xalq Artistinin yubileyi münasibətilə yeni tamaşanın hazırlıqlarına start verilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ağaxan Salmanlının anadan olmasının 75, Yasin Qarayevin isə 70 illik yubileylərinə hazırlanan yeni səhnə əsəri “Açarını itirənlər” adlanır.
Əhməd Orucəlinin eyniadlı komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ağaxan Salmanlıdır. Video və kompyuter qrafikası İlham Əsədov, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.
Yeni səhnə əsərində əsas obrazları yubilyarlarla yanaşı, Əməkdar Artist Almaz Mustafayeva, aktyorlar Zemfira Əbdülsəmədova və İlham Əsədov canlandıracaqlar.
İki görkəmli sənətkarın yubileyi münasibətilə təqdim olunacaq tamaşanın premyerası cari ilin dekabrında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]