İQTİSADİYYAT
“Xalq kompyuteri” layihəsi çərçivəsində təqdim olunan kompyuterlərin çeşidi artıb
Bakı, 10 mart, AZƏRTAC
“Xalq kompyuteri” layihəsinin operatoru olaraq “BestComp Group” şirkəti layihəni daha da təkmilləşdirib.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, layihəyə müasir dövrün tələblərinə cavab verən, yeni noutbuk və personal kompyuter modelləri daxil edilib. Bu modellər də lisenziyalı “Windows 8.1 Pro” proqramı, “Microsoft Office 2013 Pro” ofis proqramı, eləcə də “DR.WEB” antivirus proqramı ilə təchiz olunub.
Qeyd edək ki, “Xalq kompyuteri” layihəsi Azərbaycan Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən “HP” və “Microsoft” şirkətləri ilə birgə 2009-cu ilin aprel ayından həyata keçirilməyə başlanıb.