Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Xalq təqvimi: yurdumuza bayramlar ayı Boz ay daxil olub

Xalq təqvimi: yurdumuza bayramlar ayı Boz ay daxil olub

Bakı, 21 fevral, Ceyhun Rüstəmov, AZƏRTAC

Bu gün yurdumuza Boz ay daxil olur. Bu ay adətən görüləcək işlərin, keçirilən bayramların, həmçinin icra edilən mərasimlərin özünəməxsusluğu ilə seçilir.

AZƏRTAC xəbər verir ki, xalq təqviminə görə, Kiçik çillə fevralın 20-si ömrünü başa vurur, yerini Boz aya verir. Boz ay xalq arasında həm də “Alaçalpov”, “Çilləbeçə”, “Ağlar-gülər”, “Cəmlələr” adları ilə tanınır. Boz ay Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə (martın 21-nə) qədər olan dövrdür. Aya bu cür ad verilməsi Boz ayda havanın buludlu, yağışlı, küləkli, bəzən günəşli – bir sözlə, dəyişkən keçməsi ilə bağlıdır.

Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu, daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Boz ayın dəyişkən olması ilə əlaqədar bir rəvayətdə deyilir ki, nə vaxtsa, Göy Tanrı ili 12 aya bölüb. Bu vaxt hər aya 32 gün, təkcə Boz aya 14 gün düşüb. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verib. Lakin Boz ay yenə narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir gün də götürüb Boz aya verib. Elə ona görə də ayların bəzisi 30 gün, bəzisi isə 31 gündən ibarətdir. Deyilənlərə görə, Boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi hər aydan pay aldığına işarədir. Bu ayın xalq arasında adının həm də “ağlar-gülər” adlanması havaların dəyişkən olması ilə əlaqədardır. Kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında Boz aya “Bayram ayı” da deyilir.

AZƏRTAC folklorşünas Ramazan Qafarlının Boz ay və qarşıdan gələn Novruz çərşənbələrinin mərasimləri ilə bağlı qeydlərini təqdim edir:

Xalq inancına görə Boz ay həm qışın, həm də ilin son ayıdır. Belə inanc mətnlərindən birində deyilir ki, qışda hər şey yatıb donur. Yaz gəlib dörd dəfəyə bunları ayıldır. Bunların ayılması Novruz bayramında olur. Ona görə də Novruz bayramı dörd həftədir və dörd İlaxır çərşənbə var: “Bu dörd çərşənbə xalq təqvimində qışın son ayı olan Boz ayın dörd çərşənbəsidir. Xalq təqvimində də qışın müddəti 3 aydır. Əvvəlcə dekabrın 20-dən yanvarın 30-dək davam edən 40 günlük Böyük çillə, ardı ilə fevralın 1-dən 20-dək davam edən Kiçik çillə, sonda fevralın 21-dən martın 21-dək davam edən Boz ay gəlir. Boz ay həm qışın, həm də ilin son ayıdır. Onun 4 çərşənbəsi köhnə ilin sonu – yeni ilin ərəfəsi kimi xalq arasında əlamətdar günlər kimi xüsusi fərqləndirilir və qeyd olunur.

Folklorşünas Azad Nəbiyev “İlaxır çərşənbələr” adlanan kitabında dörd çərşənbəni aşağıdakı adlar altında bu ardıcıllıqla sıralayıb:

Birinci çərşənbə – Su çərşənbəsi;

İkinci çərşənbə – Od çərşənbəsi;

Üçüncü çərşənbə – Yel çərşənbəsi;

Dördüncü çərşənbə – Torpaq çərşənbəsi.

Evatdı

İlaxır çərşənbələr müxtəlif mərasim ənənələri ilə zəngindir. Ev və çöllə bağlı çoxlu mərasim xarakterli adət-ənənələr vardır. Ev adətləri ilə bağlı ən əsas adətlərdən biri ev təmizləmədir. Bəzi yerlərdə buna evatdı deyirlər. Bu ənənənin əsas mahiyyəti ev-eşik təmizliyi ilə bağlıdır. Lakin bu, adi günlərdə görülən təmizlik deyil. İlaxır çərşənbələrdə, əsasən, üçüncü çərşənbədə həyata keçirilən bu təmizlik mərasimi xarakterlidir. Bunun əsasında inanc durur. Burada aparılan təmizlik, əslində, təzələnmə, yenilənmə xarakterli mərasimi ənənədir. Evatdının əsas mahiyyəti ev-eşiyə aid nə varsa, onun təmizlənərək təzələnməsindən ibarətdir. Bu prosesdə ev-eşiyə aid heç nə və heç kəs prosesdən kənarda qala bilməz. Evin paltar-palazı, yorğan-döşəyi, mir-mitili çölə çıxarılır, yuyulan yuyulur, yuyulmayan günə verilir. Həyət-baca təmizlənir, səliqəyə salınır. Bütün bu prosesin əsasında iki mərasim amili durur.

Birincisi, təmizlik – təzələnmə elə aparılmalıdır ki, həyət-bacanın, ev-eşiyin təmizlənməsi, səliqə-sahmanı, gözəlliyi, bir sözlə, yeni il – Novruz üçün hazır olması dərhal nəzərə çarpsın. Bu məsələdə heç bir əyər-əskiklik ola bilməz. Çünki Novruz bayramı təkcə ilin təzələnməsi deyil, bütünlükdə köhnə ili yaşamış hər kəsin və hər şeyin təzələnməsi deməkdir. İnsanlar öz yaşadıqları məkanı təmizləyib təzələdikləri kimi, ruhlarını da hər cür çirkinliklərdən təmizləyib, yeni ilə yenilənmiş, ruhən, mənən yenidən doğulmuş halda keçirlər.

İkincisi, təmizlik – təzələnmə zamanı köhnə, sınıq, sıradan çıxmış, yararsız nə varsa atılmalı, evdən uzaqlaşdırılmalıdır. Köhnə, yararsız paltar atılır, sınıq qab-qacaq tullanırdı. Təzə pal-paltar ilin hansı dövründə alınmasından asılı olmayaraq, ilaxır çərşənbədə – Novruz ərəfəsində üzə çıxarılırdı. Köhnə, sınıq, yararsız olan evdən atılmalı idi ki, insanlar yeni ilə tam təzələnmiş, yenilənmiş halda keçə bilsinlər. Əgər sınıq, yararsız bir şey evdə qalardısa, bu, yeni ildə uğursuzluğa səbəb olardı. Bütün bunlar aydın şəkildə göstərir ki, ilaxır çərşənbələrlə bağlı ev təmizlənməsi adi günlərdə olan təmizlik olmayıb, öz inanc əsaslarına malik mərasimi ənənədir.

Ağacqorxutma

Əslində, ilaxır çərşənbələrlə bağlı bütün mərasim adət-ənənələrinin hamısı yenilənməyə – təzələnməyə xidmət edir. Belə ənənələrdən biri ağacqorxutma adətidir. Bu, ilaxır çərşənbələrin açıq formada magik mahiyyətli ənənələrindəndir. Ağacqorxutma ayrıca icra olunan adət-ayin olsa da, onu mahiyyətcə evatdı mərasimindən ayırmaq olmaz. Evatdıda ev-eşik təmizləndiyi, yeniləndiyi kimi, ağacqorxutma ayini də bağ-bağatın təzələnməsinə xidmət edir. Bəzən bağdakı bir ağac meyvə vaxtı bar vermir. Bu zaman xüsusilə axır çərşənbədə həmin ayin icra olunur. Bir nəfər əlinə balta alıb ağacın yanına gəlir və üzünü ağaca tutaraq deyir ki, “əgər bu il bar verməsən, meyvə gətirməsən səni bu balta ilə kəsəcəyəm”. Bəzi bölgələrdə başqa bir nəfər ağacı qorxudan baltalı şəxsi dayandıraraq deyir ki, “kəsmə, gələn il bar verəcək”.

Ev-eşikdən köhnə, sınıq, yararsız əşyalar atıldığı kimi, bağ-bağatda da quru ağaclar kəsilir, qurumuş budaqlar budanır. Bar verməyən, lakin sağlam olan ağaclar isə qorxudulur. Qorxutmaqda məqsəd təkcə bar almaq deyil. Bir ağacın bar verməməsi onun mal-qara kimi qısırlığı, sonsuzluğu deməkdir. Qısırlıq, sonsuzluq isə böyük uğursuzluq sayılırdı. Bu qüsuru aradan qaldırmaq üçün insanlar ağacı qorxudub, onu yeniləyir, sağaldır, qüsurunu aradan qaldırırdılar.

Üzərlik yandırma

Üzərliyin Azərbaycan inanclar sistemində nə qədər yayğın inanc olması hər kəsə məlumdur. Üzərlik yandırma Novruz mərasim kompleksində təmizlənmə – yenilənmə ilə bağlı icra olunan ayinlərdəndir. İnsanlar Novruz tonqalına üzərlik atar, bununla da ev-eşiyə, mal-qaraya, ev sakinlərinə yönəlmiş hər hansı mənfi nəzərin təsirini aradan qaldırarmışlar. Bunun üçün onlar üzərliyin tüstüsünü ev sakinlərinə, evə, mal-qaraya tərəf tutarmışlar. Bu adət indi də çox yayılıb. Üzərlikyandırma yenilənmənin mühüm ayinlərindəndir. Üzərlik vasitəsilə bəd nəzər, pis niyyətlər təmizlənir.

Tonqal qalama

İlaxır çərşənbənin və ümumiyyətlə 4 çərşənbənin dördünün də ən ayrılmaz və əvəzolunmaz atributu tonqal qalamadır. Xüsusilə ilaxır çərşənbədə tonqal qalanır, insanlar “ağırlığım-uğurluğum bu odda qalsın” deyib onun üzərindən tullanırlar. Bu, axır çərşənbənin ən mühüm və açıq magik xarakterli ayinlərindəndir. Bu zaman nəğmələr də oxunur. Həmin nəğmələr məzmun və mahiyyətcə odla, təmizlənmə ilə bağlı alqış-dualardır. Araşdırmalar zamanı odun müxtəlif funksiyaları üzə çıxır:

Od Günəşin yerdəki rəmzidir;

Od birlik, mehribanlıq rəmzidir (ailə ocağı);

Od canlı varlıqdır;

Od gələcəkdən xəbər verə bilir;

Od təmizləyici, paklaşdırıcı, saflaşdırıcı, qoruyucu gücə malikdir...

Bu izahdan da göründüyü kimi, tonqal qalama Novruz mərasim kompleksinin magik xarakterli ayinlərindəndir.

Danatma

Belə mərasimlərdən biri danatma adətidir. Mərasim Novruz gecəsi icra olunur. İnsanlar səhərə qədər oyaq qalır, Günəşi qarşılayırlar. Novruz bayramı mərasim kompleksi Od-Günəş ünsürü ilə sıx bağlıdır. Bu, acı, sərt, ölüm, aclıq, qıtlıq saçan qışın yola salınması, həyat verən, bolluq, ruzi-bərəkət gətirən yazın qarşılanması mərasimidir. Lakin yaz öz-özünə gəlmirdi. İnsanlar müxtəlif magik mərasimlərlə onu gətirir və qarşılayırdılar. Yazın ən mühüm atributu Günəş idi. İnsanlar Novruz gecəsi oyaq qalıb, səhər dan yeri söküləndə yeni ildə ilk dəfə doğacaq Günəşi gözləyirdilər. Bu, Günəşin hərgünkü kimi doğması yox, yeni ildə el-obaya, dünyaya ilk gəlişi idi. Onu gülərüzlə, alqış-dualarla, sevinclə qarşılamaq lazım idi ki, böyük həvəslə gəlsin. Çünki soyuq qışdan sonra insanların, heyvanların, bitkilərin bütün həyatı Günəşin gəlişindən asılı idi. Bu gəlişin mifoloji-inanclarla, magik ayinlərlə bağlılığı danatma gecəsi icra edilən fallarda ifadə olunur. Bu gecə həm də bəxt gecəsi idi. Odur ki, qızlar su ilə fal açıb bəxtlərini yoxlayırdılar. Danatma iştirakçıların Günəş doğandan sonra su üstünə gedib əl-üzünü yumaları, suyun üstündən tullanaraq “ağırlığım-uğurluğum bu sulara” deməsi ilə başa çatırdı.

Torbaatdı

Axır çərşənbənin əsas adətlərindən biri torbaatdı mərasimidir. Buna bəzi yerlərdə qurşaqsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi evlərə torba atıb, pay istəməkdir. Keçmişdə də bu mərasim zamanı xurcun, torba, qurşaq atılmışdır: “Bəzən bu mərasimi papaqatdı adlandırırlar. Bu ad sovet dövründən qalıb. Əslində papaq qeyrət, namus, yaylıq abır-həya rəmzidir. Papaq və yaylıq insandan yuxarıda yerləşdiyi üçün Yaradana daha yaxındır. Papağın və yaylığın ayaqlar altına atılması, pay tələb edilməsi, əslində, aşağılıqdır. Qadının baş örpəyi ancaq savaşın, qan tökməyin qarşısı alınarkən araya atılırdı. Ona görə də bu mərasimin adı torbaatdı kimi qeyd olunmalıdır”.

Folklorşünas Ağaverdi Xəlil də yazır ki, Novruza aid bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır. Novruzla bağlı orta əsrlərə aid yazılı qaynaqlarda (o cümlədən Ömər Xəyyamın “Novruznamə”sində və Əbu Reyhan əl-Biruninin “Asar əl baqiyə” əsərində) bu adətlərin zərdüştilik dönəmində mövcud olduğu və onun xüsusi icraçılar – zərdüşt kahinləri tərəfindən yerinə yetirildiyi haqqında məlumat verilir. Sonrakı dövrlərdə “torba atmaq”, “qurşaq atmaq” və ya “şal sallamaq”la əvəzlənmişdir. Əlbəttə, burada məişət mədəniyyətindəki dəyişikliklər öz təsirlərini göstərmişdir. Məsələn:

Məhəmmədhüseyn Şəhriyarın şeirində deyilir:

Ay nə gözəl qaydadı şal sallamaq,

Bayramlığı bel şalına bağlamaq.

Səməni nəziri

İlaxır çərşənbənin ayinləri çoxdur. Bunlardan bəziləri səməni ilə bağlıdır. Onlardan biri səməni nəziri adətidir. Qəlbində bir niyyəti olan adam böyük qablara buğda töküb göyərdirdi. Sonra cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadırdılar. Ona qoz-fındıq ləpəsi qatır, sonra xonça sinilərinə töküb yayırdılar. Xonçaları evə aparmayıb, həyətdə saxlayırdılar. Gecə yatmayıb niyyətin qəbul olunması haqqında dua edirdilər. Səhər bişmişin dadına baxırdılar. Əgər bişmiş şirin çıxırdısa, demək, nəzir-niyyət qəbul olunmuşdur.

Səməni ovsunu

Səməni ovsunu adəti də magik xarakterlidir. Bu ayin uşağı olmayan qadınlardan ötrü icra olunurdu. Ayinin qaydası belədir: Oğul-qız böyütmüş qadın göyərdilmiş səmənini ilaxır çərşənbə günü uşağı olmayan və bununla da çilləyə düşmüş sayılan qadının başı üstə saxlayır. O, bulaqdan, çaydan gətirilmiş “çərşənbə suyu”ndan bu səməninin üstündən çilləli qadının üstünə axıdır. Yenə də oğul-uşaq böyütmüş başqa bir qadın çilləlinin üstünə axıdılan bu suyu əlinə aldığı qayçı ilə doğraya-doğraya: “A səmənini göyərdən, bu gəlini də göyərt”, – deyir və yaxud: “Arpa, buğda dənidi, Göyərən səmənidi, Kəsdim, gəlin, çilləni, Övlad vermək dəmidi”, – ovsun sözlərini deyir.

Əlbəttə, ilaxır çərşənbələrlə bağlı adət-ənənələr tarixən çox zəngin olub, zaman keçdikcə onlardan bəziləri daim müasirləşən həyatın təsiri ilə unudulub, bəziləri də şəklini dəyişərək yenilənib. Həmin ənənələrin inanc əsaslarına diqqət verilməsi iki əsas cəhəti üzə çıxarır:

Birincisi, ilaxır çərşənbənin adət-ənənələri mifik görüşlərlə bağlıdır. Onlarda qədim türk mifologiyasında dünyanın, kainatın, bütün varlıq aləminin və ümumiyyətlə, həyatın yaranmasının əsasını təşkil edən ilk ünsürlərin (Su, Od/Günəş, Bitki/Ağac, Torpaq, Hava və s.) izlərini görmək olur.

İkincisi, ilaxır çərşənbənin adət-ənənələri magik xarakter daşıyır. Onların, demək olar ki, hamısında magiya – sehr və ovsunla bağlı ayinlər icra olunur.

Bütün bunlar göstərir ki, ilaxır çərşənbələr, o cümlədən bütünlükdə Novruz bir mərasim kompleksi kimi xalqımızın qədim dünyagörüşünü, ilkin mifoloji-magik ənənələrini öyrənməkdən ötrü çox zəngin və əvəzsiz qaynaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə