Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1986-cı il

Bakı, 15 noyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

Heydər Əliyevin Moskva həyatı

1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edən, yüksək təşkilatçılıq qabiliyyəti və cəsarətli ideyaları ilə SSRİ məkanında tanınan Heydər Əliyev 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi, noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Bununla da dahi rəhbərin Moskva həyatı başladı. Ulu Öndər həmin illəri sonralar “Kreml beşilliyi” adlandırdı.

28 yanvar. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Kremldə Yəmən Ərəb Respublikasının Baş nazirinin müavini Məhəmməd Said əl-Əttar ilə görüşdü.

25 fevral-6 mart. Sov. İKP-nin XXVII qurultayının işində iştirak etdi.

7 mart. Suriyanın Dirçəlişi Ərəb Sosialist Partiyasının baş katibinin müavini Əl Əhmərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirdi.

24 aprel. Vyetnam Sosialist Respublikasının Nazirlər Sovetinin sədr müavini Donq Şi Nquyenanı qəbul etdi.

31 iyul. İki dəfə Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyevin Naxçıvanda büstü açıldı.

3 sentyabr. Novorossiyskdə “Admiral Naximov” gəmisinin qəzaya uğraması ilə əlaqədar yaradılmış Dövlət Komissiyasına sədr təyin olundu.

26 sentyabr. Kremldə Kuba Respublikasının nümayəndə heyəti ilə görüşdü.

16 oktyabr. SSRİ Nazirlər Sovetinin Sosial İnkişaf Bürosunun sədri təyin olundu.

11-16 noyabr. Laosa səfər edən Sov. İKP MK-nın nümayəndə heyətinə başçılıq etdi.

18 noyabr. Moskvada Səməd Vurğunun 80 illik yubileyi mərasimində iştirak etdi.

X X X

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin fəaliyyət dairəsinə iqtisadi, sosial-mədəni sahələrlə yanaşı, SSRİ-nin Yaxın Şərq, Mərkəzi və Cənub-Şərqi Asiya, Latın Amerikası ölkələri ilə münasibətləri məsələləri də daxil idi. Həmin ölkələrlə əlaqələrin inkişafı istiqamətində gördüyü işlər onu xarici siyasət sahəsində dərin biliklərə malik dövlət xadimi kimi bütün dünyada tanıtmışdı. 1986-cı ildə Yəmən Ərəb Respublikasının Baş nazirinin müavini Məhəmməd Said əl-Əttar, Suriyanın Dirçəlişi Ərəb Sosialist Partiyasının baş katibinin müavini Əl Əhmərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşləri və apardığı danışıqlar bu baxımdan xarakterikdir. Dahi rəhbər bundan istifadə edərək həm də Azərbaycan Respublikasını xaricdə tanıdırdı. Bununla bağlı bir sıra faktları xatırlamaq yerinə düşər: 1983-cü ildə Moskvaya gəlmiş Suriya KP MK Baş katibinin müavini Yusif Feysəl Bakıda da oldu. Həmin ildə Suriyanın paytaxtı Dəməşq şəhərində Azərbaycan rəssamlarının əsərləri sərgiləndi. 1984-cü ildə Suriyanın vəqf işləri üzrə nazirinin, 1985-ci ildə irriqasiya nazirinin başçılıq etdiyi nümayəndə heyətləri Bakıya gəlmişdilər. 1986-cı ildə Bakıda keçirilmiş “Müsəlmanlar sülh uğrunda” Beynəlxalq İslam Konfransının işində Suriya nümayəndə heyəti də iştirak etdi. 1985-1986-cı illərdə respublikamızın ali məktəblərində Suriyadan 130 aspirant və tələbə təhsil alırdı.

Heydər Əliyevin 1986-cı ilin aprel ayında Kremldə Vyetnam Sosialist Respublikasının Nazirlər Sovetinin sədr müavini Donq Şi Nquyen, sentyabr ayında Kuba Respublikasının nümayəndə heyəti ilə görüşləri, noyabr ayında Laosa səfəri çərçivəsində apardığı danışıqlar SSRİ-nin beynəlxalq əlaqələrinə töhfə verdi. Bütün bunlar Heydər Əliyevin təkcə SSRİ məkanında deyil, bütövlükdə beynəlxalq aləmdə səriştəli və bacarıqlı dövlət xadimi kimi nüfuzunu durmadan artırırdı. Onun getdikcə artan nüfuzu bir çoxlarında, xüsusən də Mixail Qorbaçovda həsəd və qısqanclıq doğururdu. Siyasi Büro üzvlərinin söyləməyə cürət etmədiyi bir sıra mühüm məsələləri Heydər Əliyev cəsarətlə Qorbaçovun üzünə deyirdi. Belə insidentlərdən biri də 1986-cı il aprelin 26-da Çernobıl Atom-Elektrik Stansiyasındakı qəza ilə bağlı olmuşdu. Heydər Əliyev Siyasi Büroda qəza barədə ictimaiyyətə məlumat verilməsini tələb etdi. Ancaq Qorbaçovun təkidi ilə məlumat gizlədildi və yalnız beş gündən sonra açıqlandı.

Heydər Əliyevin istər Azərbaycan SSR KP MK-nın birinci katibi olduğu dövrdə respublika iqtisadiyyatının dirçəldilməsi, əhalinin rifahını yüksəldilməsi istiqamətində gördüyü böyük işlər, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ona həvalə edilmiş sahələrdə İttifaq miqyasında qazanılan nailiyyətlər layiq olduğu qiyməti almışdı. O iki dəfə - 1979-cu və 1983-cü illərdə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, vətəni Naxçıvanda büstünün qoyulmasına qərar verilmişdi. 1986-cı ildə büstün açılışı oldu. Büstün müəllifi - görkəmli heykəltəraş, Xalq rəssamı, akademik Ömər Eldarov müsahibələrindən birində söyləyir ki, Heydər Əliyev məsuliyyətli bir insan kimi büst qoyulması məsələsinə də çox diqqətlə yanaşmış və onu Moskvaya dəvət etmişdi. Büstü hazırlamaq üçün Heydər Əliyevin fotoları çəkilmişdi. Ömər Eldarovun çəkdiyi bu etüd sonradan dahi rəhbərin obrazını yaratmaqda çox kömək etmişdi. Büst Möminə xatun meydanında ucaldıldı. Büstün qoyulacağı yerin seçiməsində də Heydər Əliyev iştirak etmişdi.

1986-cı ildə Novorossiyskdə “Admiral Naximov” gəmisinin batması ilə əlaqədar sentyabr ayında Dövlət Komissiyası yaradıldı. Komissiyaya rəhbərlik Heydər Əliyevə həvalə olundu. Onun yüksək təşkilatçılıq bacarığı, yorulmaz səyləri sayəsində qəzanın nəticələrini qısa müddətdə aradan qaldırmaq mümkün oldu. Jurnalistlərin bu barədə suallarına cavabında Heydər Əliyev belə demişdi: “Bizim işimiz səhər saat altıda başlayır. Dövlət Komissiyası bütün gün ərzində işləyir. Bir çox məsələlər yerindəcə həll edilir. Komissiyanın üzvləri hər gün qəzanın şahidləri, batanların qohumları ilə görüşür. Biz olduğumuz yerlərdə, küçələrdə belə birbaşa sualla müraciət edirlər.

Komissiya üzvləri hər gün mehmanxanalara, nəqliyyat qovşaqlarına, ictimai-iaşə müəssisələrinə, tibb müəssisələrinə gedir. Biz hesab edirik ki, belə görüşlər lazımdır, onlar bizim işimizin tərkib hissəsidir.

Bunlarla yanaşı, komissiya dənizdə işlərə operativ rəhbərlik edir, çünki orada çoxlu məsələlər meydana çıxır. Ardıcıl olaraq gündə iki dəfə hökumət komissiyasının iclası keçirilir”.

Hadisə baş verdiyi dövrdə Ukrayna KP MK-nın katibi olmuş Yakov Poqrebnyak (1928-2016) Kiyevdə çıxan “Faktı i kommentarii” qəzetinə 2003-cü ildə müsahibəsində 423 nəfərin ölümü ilə nəticələnmiş gəmi qəzasını da xatırlamışdı. Onun dedikləri Heydər Əliyevin digər bir keyfiyyətini - insanlara həssas münasibətini, başqalarının faciəsini qəlbən yaşamasını üzə çıxarmaq baxımından diqqəti cəlb edir.

Sitat: Heydər Əliyev komissiyanın rəhbəri kimi ölənlərin sayını və əslən haralı olduqlarını dəqiqləşdirirdi. Gözlərimiz qarşısında cəsədləri refrijeratorlara yığırdılar. Suda boğulanların sifəti qorxudan əyilmişdi, çoxlarının saçları çəngə-çəngə qopmuşdu. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qəmgin-qəmgin gəzinir və tez-tez də təkrar edirdi: “Deyəsən, bu yara ürəyimdə həmişəlik qalacaq!”...

Biz Heydər Əliyevlə salona, hönkürtü ilə ağlayan adamların yanına gəldik. Buradakıların yarısı əzizlərinin həlak olduqlarını bilirdi. Möcüzəyə ümid qalmamışdı. Heydər Əliyev ağlayan bir qadına yaxınlaşdı, onu qucaqlayıb öpdü. Sonra isə xalasının yanında dayanmış 15 yaşlı bir oğlana yaxınlaşdı: onun valideynləri həlak olmuşdu. Heydər Əliyev oğlanı qucaqlayıb astadan dedi: “Başımıza belə bir iş gəldi. Biz əlimizdən gələni edəcəyik ki, sən ali məktəbi bitirəsən, sənə təqaüd təyin edəcəyik”...

Biz səhər və axşam yeməyini vilayət partiya komitəsinin mehmanxanasının restoranında edirdik, Heydər Əliyev elə orada ikiyerlik adi nömrədə qalırdı. Axşam, stresdən çıxmaq üçün Heydər Əliyev bir qədəh konyak içirdi.

“Admiral Naximov” teploxodunda axtarış işləri 50 metr dərinlikdə işləyən 10 dalğıcın ikincisi həlak olana qədər davam etdirildi. Bu faciəni ürəyinə salan Heydər Əliyev sınıxmış vəziyyətdə Moskvaya yola düşdü. O, öz səlahiyyətlərini mənə verərək dedi: “İnsanların dərdini mümkün qədər azaltmaq üçün əlinizdən gələni edin!”

Heydər Əliyevin zəngin təcrübəsindən “perestroyka” adlanan dövrdə də istifadə olundu. 1986-cı ilin oktyabrında SSRİ Nazirlər Sovetinin Sosial inkişaf bürosu yaradıldı və Heydər Əliyev büronun sədri təyin edildi. Büronun fəaliyyəti 12 nazirlik, idarə və komitəni əhatə edirdi.

Moskvada son dərəcə gərgin iş rejiminə baxmayaraq dahi rəhbərin bir əli Azərbaycanın üstündə idi. Xüsusən Azərbaycan mədəniyyət və incəsənətinin təbliğinə dəstək göstərir, İttifaqın ən nüfuzlu salonlarında görkəmli mədəniyyət xadimlərimizin yubileylərinə həsr edilən tədbirlərin keçirilməsinə nail olurdu. Belə tədbirlərdən biri də 1986-cı il noyabrın 18-də Moskvada İttifaqlar Evinin Sütunlu Salonunda Səməd Vurğunun 80 illik yubiley mərasimi oldu. Tədbirdə Heydər Əliyev, Azərbaycandan gəlmiş yüksək səviyyəli nümayəndə heyəti, SSRİ rəhbərliyinin vəzifəli şəxsləri iştirak etdilər. Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin davamı olaraq 2006-cı ildə Moskvada görkəmli şairin 100 illik yubileyi də yüksək səviyyədə qeyd olunmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO

Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir – ŞƏRH

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Qırmızı Bazar qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

“Azərkosmos”un mühəndisləri kosmik avadanlıqların sınağı üçün yeni cihaz hazırlayıblar

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı

Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 19,8 faiz artıb

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

İqtisadçı: Proqramın mühüm nəticələri yalnız dağ-mədən sektoruna deyil, qeyri-neft sektoruna da müsbət töhfələr verəcək

Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə? VİDEO

Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə? VİDEO

Neftin ucuzlaşması davam edir VİDEO

Neftin ucuzlaşması davam edir VİDEO

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi vakansiya elan edib

Şəhid övladının uğuru: Oruc İbrahimov “Eynşteyn vizası” alıb

Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir

Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək VİDEO

Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək VİDEO

Futbol üzrə Azərbaycan millisi bu gün Tacikistanla qarşılaşacaq

“ABAD”ın yaradılmasından 10 il ötür

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır VİDEO

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır VİDEO

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Bakı metrosunda sərnişin axınının optimallaşdırılması istiqamətində tədbirlər gücləndirilir VİDEO

Bakı metrosunda sərnişin axınının optimallaşdırılması istiqamətində tədbirlər gücləndirilir VİDEO

® “Tamstore” Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

El-Ninonun sürətlə gücləndiyi son iki ayda ən yüksək temperatur göstəriciləri qeydə alınıb

Məişətdə baş verən zəhərlənmələrin 47 faizi mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub

49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

SEPAH ABŞ-ni mümkün yeni hücumlarla bağlı xəbərdar edib

Sentyabrın 23-ü Beynəlxalq Jest Dilləri Günüdür

Bakıda 14 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yaponiyanın Baş naziri: Şimali Koreya ilə dialoqa hazırıq

Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

Yaponiyada tayfun nəticəsində 9 nəfər ölüb

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın Qeşm adası yaxınlığında partlayış olub, ölənlər var