SİYASƏT


Xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi Gürcüstanda ehtiramla yad olunub

Tbilisi, 8 dekabr, AZƏRTAC

Müasir müstəqil Azərbaycanın banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Gürcüstanda ehtiramla yad olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın sabiq baş naziri Həsən Həsənov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, eləcə də bu ölkədə fəaliyyət göstərən digər Azərbaycan şirkətlərinin, şəhər ictimaiyyətinin nümayəndələri dekabrın 8-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini yad ediblər.

Sonra tədbir iştirakçıları Kür çayının sahilindəki ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.

Daha sonra tədbir iştirakçıları Rustavi şəhərinə gedərək, Ulu Öndərin adını daşıyan parkda Ümummilli Liderin xatirəsini yad edib, dahi Liderin abidəsi önünə əklil qoyub və tər çiçəklər düzüblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.