MƏDƏNİYYƏT


Xanəndə Bəyimxanım Vəliyeva “Ulduz sayaraq” mahnısını yeni tərzdə ifa edib

Bakı, 1 mart, AZƏRTAC

Tanınmış xanəndə, Əməkdar artist Bəyimxanım Vəliyeva dünyaca məşhur kamança ustası Mark Eliyahu ilə bilikdə Azərbaycanın böyük şairi Məmmədhüseyn Şəhriyarın “Ulduz sayaraq” şeirini yeni tərzdə ifa ediblər.

AZƏRTAC xəbər verir ki, sözügedən mahnının musiqisi Mark Eliyahu tərəfindən bəstələnib. 20 il öncə böyük kamança ustadı, Xalq artisti, mərhum Habil Əliyevin kamança ilə ifasına qulaq asan M.Eliyahu, bundan təsirlənərək Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança ifaçılığını öyrənməyə başlayır. O, bu günədək Habil Əliyev tərəfindən ona hədiyyə edilən kamançada ifa edir.

Qeyd edək ki, Mark Eliyahu yaxın gələcəkdə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.