Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri haqqında statistik məlumatlar açıqlanıb

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri haqqında statistik məlumatlar açıqlanıb

Bakı, 23 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri haqqında statistik məlumatları açıqlayıb. Xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlər üçün fevralın 14-də keçirilmiş xarici dillər üzrə qəbul imtahanında iştirak etmək üçün 1351 namizəd qeydiyyatdan keçib. Onlardan 1244 nəfər imtahana gəlib. İmtahan iştirakçılarının 637-si (51.2 faiz) tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb. İmtahan iştirakçılarından 255 nəfər 35 bal və daha yuxarı, 120 nəfər isə 40 və daha yuxarı bal toplayıb. Yeddi namizədin nəticəsi 48 bal və daha yuxarıdır. İmtahan iştirakçıları arasında 2 namizəd 48.5 bal (ən yüksək bal) toplayıb. Qaydalara əsasən, doktoranturaya qəbul imtahanında 35 və daha yuxarı bal toplayanlar 5 il müddətində xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarından da azad olunurlar.

35 bal və daha yuxarı nəticə göstərən namizədlərin bakalavr və magistratura səviyyələrinə qəbul imtahanı balları da araşdırılıb. Həmin namizədlər qeyd olunan hər iki səviyyə üzrə qəbul imtahanlarında da yüksək nəticə göstəriblər. Bu, onu göstərir ki, daim yüksək nəticə əldə edən, öz potensiallarının inkişaf etdirilməsində maraqlı olan və elmlə məşğul olmağa meyilli gənclərin sayı kifayət qədərdir. Elmtutumlu sahələr üçün müasir tələblərə cavab verən milli kadrların bilik səviyyəsinin və sayının yüksək olması gələcəkdə Azərbaycanın inkişafının sürətləndirilməsi üçün baza rolunu oynayacaqdır.

İmtahanda iştirak etmək üçün təhsil ixtisasları qrupuna aid olan 21 ixtisas üzrə 134 nəfər qeydiyyatdan keçib. Onlardan 55 nəfər (41 faiz) imtahandan məqbul qiymət alıb. Ayrı-ayrı ixtisaslar üzrə baxsaq, xarici dil müəllimi (dillər üzrə) ixtisası üzrə qeydiyyatdan keçən 4 nəfərdən 2-si, ingilis dilinin tədrisi metodikası və metodologiyası üzrə 16 nəfərdən 8-i, biologiya fənninin tədrisi metodikası və metodologiyası üzrə 7 nəfərdən 4-ü, Azərbaycanın qədim və orta əsrlər tarixi üzrə 15 nəfərdən 4-ü, pedaqogika tarixi və nəzəriyyəsi üzrə 28 nəfərdən 16-sı məqbul qiymət alıb. İnformatika və təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası üzrə heç kimi məqbul qiymət almayıb.

Humanitar və sosial ixtisaslar qrupuna aid olan 43 ixtisas üzrə 266 nəfər qeydiyyatdan keçib. Onlardan 141 nəfər (53 faiz) məqbul qiymət alıb. Ayrı-ayrı ixtisaslara gəldikdə isə Azərbaycan dili ixtisası üzrə qeydiyyatdan keçən 81 nəfərdən 41-i, Asiya və Afrika ölkələrinin tarixi üzrə 28 nəfərdən 7-si, hüquq psixologiyası üzrə 20 nəfərdən 13-ü, ölkəşünaslıq üzrə 9 nəfərdən 5-i, dövlət hüququ üzrə 26 nəfərdən 20-si, beynəlxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi üzrə 19 nəfərdən 17-si, dilşünaslıq üzrə 12 nəfərdən 7-si məqbul qiymət alıb. İctimai siyasət, folklorşünaslıq və mifologiya, ərəb dili və ədəbiyyatı, fəlsəfə, radio-tele jurnalistika, Avropa və Amerikanın yeni və ən yeni tarixi, Azərbaycanın yeni və ən yeni tarixi ixtisasları üzrə qeydiyyatdan keçənlərdən məqbul qiymət alan namizəd olmayıb.

Mədəniyyət və incəsənət ixtisasları qrupuna aid olan 21 ixtisas üzrə 47 nəfər qeydiyyatdan keçib və onlardan 13 nəfər (27.7 faiz) məqbul qiymət alıb. Muzeyşünaslıq ixtisası üzrə 4 nəfərdən 3-ü, incəsənət əsərlərinin bərpası və ekspertizası ixtisası üzrə 10 nəfərdən 3-ü lazımi balı toplaya bilib. İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodikası (musiqi alətləri üzrə), dirijorluğun tarixi və nəzəriyyəsi, balet tarixi, aktyor ifaçılığının tarixi və nəzəriyyəsi, dekorativ tətbiqi sənətin tarixi və nəzəriyyəsi, rejissor sənətinin tarixi və nəzəriyyəsi, dizayn və texniki estetika, təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisasları üzrə məqbul qiymət alan olmayıb.

İqtisadiyyat və idarəetmə ixtisasları qrupuna aid olan 25 ixtisas üzrə qeydiyyatdan keçmiş 243 nəfərdən 145-i (59.7 faiz) müvəffəqiyyət əldə edib. Burada bank işi üzrə 30 nəfərdən 18-i, aqrar sahənin iqtisadiyyatı üzrə 18 nəfərdən 16-sı, biznes inzibatçılığı üzrə 73 nəfərdən 43-ü imtahanda uğur qazanıb. Beynəlxalq iqtisadi münasibətlər, marketinq, gömrük işinin təşkili, maliyyə ixtisasları üzrə qeydiyyatdan keçənlər imtahanda keçid balını toplaya bilməyiblər.

Təbiət ixtisasları qrupuna aid olan 36 ixtisas üzrə qeydiyyatdan keçən 223 nəfərdən 105-i (47 faiz) nəfər imtahanda məqbul qiymət alıb. Cəbr və topologiya ixtisası üzrə 23 nəfərdən 11-i, istilik fizikası və molekulyar fizika üzrə 28 nəfərdən 16-sı, analitik kimya üzrə 45 nəfərdən 17-si, biofizika üzrə 42 nəfərdən 24-ü, informasiya sistemləri üzrə 16 nəfərdən 13-ü imtahanda lazımi nəticəni əldə edə bilib. Optimal idarəetmənin riyazi-iqtisadi üsulları, kvant elektronikası, yarımkeçirici cihazlar və mikroelektronika, yüksək gərginliklər texnikası və fizikası, genetika sahələri üzrə qeydiyyatdan keçənlərdən imtahanda məqbul qiymət alan olmayıb.

Texniki və texnoloji ixtisaslar qrupuna aid olan 81 ixtisas üzrə qeydiyyatdan keçən 254 nəfərdən 102-si (40 faiz) keçid balını toplaya bilib. Burada dəniz neft və qaz quyularının qazılması ixtisası üzrə 11 nəfərdən 7-si, biliklərin əldə edilməsi sistemi üzrə 17 nəfərdən 12-si, aerokosmik informasiya sistemləri üzrə 24 nəfərdən 14-ü, əsas üzvi sintezin kimyası və texnologiyası üzrə 19 nəfərdən 8-i, aerokosmik monitorinq üzrə 14 nəfərdən 6-sı imtahandan məqbul qiymət alıb. Robotlar və robototexniki sistemlər, poliqrafiya maşınları və avtomatlaşdırılmış komplekslər, avadanlıqların bərpası və möhkəmliyinin artırılması, elektron texnikası, turizm və sosial mədəni servis, ixtisasları üzrə qeydiyyatdan keçənlər keçid balını toplaya bilməyiblər.

Kənd təsərrüfatı ixtisasları qrupuna aid olan 8 ixtisas üzrə qeydiyyatdan keçmiş 30 nəfərdən 3-ü (10 faiz) imtahanda uğur qazanıb.

Səhiyyə, rifah və xidmət ixtisasları qrupuna aid olan 39 ixtisas üzrə qeydiyyatdan keçən 152 nəfərdən 71-i (47 faiz) imtahanda məqbul qiymət alıb. Müalicə işi ixtisası üzrə 24 nəfərdən 12-si, beynəlxalq turizm və ölkəşünaslıq ixtisası üzrə 10 nəfərdən 10-u, həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş üzrə 11 nəfərdən 7-si, stomatologiya üzrə 8 nəfərdən 5-i imtahanda məqbul qiymət əldə edib. İmmunologiya, mikrobiologiya, idman fiziologiyası ixtisasları üzrə məqbul qiymət alan olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə