REGİONLAR


Xarici tələbələrdən ibarət olan futbol komandasının üzvləri mükafatlandırılıblar

Naxçıvan, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Naxçıvan Dövlət Universitetinin (NDU) əcnəbi tələbələrdən ibarət futbol komandasının üzvləri yarışlarda göstərdikləri uğurlu nəticəyə görə mükafatlandırılıblar.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-a bildirilib ki, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək ali təhsil ocağının hər bir sahədə olduğu kimi idmanda, xüsusən də futbolda əhəmiyyətli nailiyyətlər qazandığını diqqətə çatdırıb, idman tədbirlərində xarici tələbələrin fəal iştirakının sevindirici olduğunu vurğulayıb. Qeyd olunub ki, əcnəbi tələbələrdən ibarət futbol komandası universiadada göstərdiyi uğurlu nəticəyə görə ali təhsil ocağını Azərbaycan, eləcə də Türkiyə universitetləri arasında keçirilən futbol çempionatlarında da layiqincə təmsil edə bilər.

Seymur Talıbov qalib komandanın üzvlərini təbrik edib, tələbələrə pul mükafatı təqdim olunub.

Xarici tələbələr üzrə dekan, dosent Ceyran Quliyeva əcnəbi tələbələr üçün yaradılan hərtərəfli şəraitə görə minnətdarlığını bildirib.

Stomatologiya ixtisası üzrə hazırlıq kursunun tələbəsi Gür Çetin, Menecment ixtisası üzrə hazırlıq kursunun tələbəsi nigeriyalı Samson Oni Olavale muxtar respublikada təhsilləri ilə yanaşı, həm də asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli şəraitin yaradıldığını bildirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Qeyd edək ki, universitetdə 16 idman növü üzrə ənənəvi olaraq keçirilən yarışlarda əcnəbi tələbələrin də mütəşəkkil iştirakı təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.