Xəbərdarlıq: Casus aktivliyi “Skyworth” televizorlarının sahibləri tərəfindən aşkarlanıb
AzerTAg.az

Bakı, 30 aprel, AZƏRTAC
“Skyworth” televizorlarının sahibləri qurğularında casusluq aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
“Casus aktivliyi “Skyworth” televizorlarının sahibləri tərəfindən aşkar edilib. Tədqiqatçılar bu məqsədlə televizorlara xüsusi “Gozen Data” proqramının quraşdırıldığını iddia edirlər. Zərərverici proqram “Wi-Fi”ya qoşulmuş IP ünvanlarını, “MAC” ünvanlarını və cihazların adlarını toplayaraq “gz-data.com” platformasına ötürməsi müəyyən olunub. “Skyworth”un nümayəndələri məlumat toplanmasını casusluq üçün deyil yalnız kommersiya məqsədilə olunduğunu iddia edirlər”, - deyə məlumatda qeyd olunur.
Xəbərin mətnində orfoqrafik səhv var