CƏMİYYƏT


Xərçəngin qarşısını alan tərəvəzlər

Bakı, 16 avqust, AZƏRTAC

Kələm və brokolinin tərkibində olan kimyəvi maddələr mədə-bağırsaq sistemi xəstəlikləri, həmçinin yoğun bağırsaq xərçənginin qarşısını almağa kömək edə bilər. Bu barədə MedicalXspres saytında məlumat verilib.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, Britaniya alimləri gəmiricilər üzərində apardıqları tədqiqatlar zamanı onların orqanizminə Brassika qrupuna aid bitkilərdə mövcud ındol-3-carbinol (I3C) maddələr birləşməsinin təsirini araşdırıblar. Tədqiqatlardan məlum olub ki, bu birləşmə aril karbohidrogen reseptoru (AhR) adlı zülalı aktivləşdirir.

Mütəxəssislər qeyd edirlər ki, orqanizmdə bu zülalın çatışmazlığı bağırsaq iltihabına və onkoloji xəstəliklərə səbəb olur. Belə ki, orqanizmdə AhR olmadıqda qidalandırıcı maddələrin mənimsənilməsi və qoruyucu maddənin inkişaf etməsində problemlər yaşanır ki, bu səbəbdən də toxumaların formalaşmasında geriləmələr meydana çıxır. Lakin kələm pəhrizi epitel toxumaları bərpa olunmasına, bağırsaqların fəaliyyətinin normallaşmasına kömək edir, bədxassəli törəmələrin əmələ gəlmə riski əhəmiyyətli dərəcədə azalır.

Alimlərin fikrincə, tədqiqatların nəticələri tərəvəz pəhrizinin orqanizmə müsbət təsir göstərməsi ilə yanaşı, düzgün qidalanmanın yoğun bağırsaq xərçəngi ilə birbaşa əlaqədə olduğunu da bir daha sübut edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.