CƏMİYYƏT


Xətai rayonunda birmərtəbəli kafedə yanğın hadisəsi qeydə alınıb

Bakı, 28 noyabr, AZƏRTAC

Paytaxtın Xətai rayonunda ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli mansarda tipli kafedə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kafenin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.