REGİONLAR
Xınalığa qış gəlib: qarın hündürlüyü 20 santimetrə çatır VİDEO
Quba, 3 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qubanın Xınalıq kəndində 20 santimetrə yaxın qar yağıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 1-dən hava şəraitinin kəskin dəyişməsi nəticəsində Quba və Qusarın yüksək dağlıq ərazilərinə qarın yağması davam edir.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.
Ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 17 santimetrə çatıb. Qırız kəndinə 7, Qusarın Ləzə kəndinə isə 3 santimetr qar yağıb.
Qeyd edək ki, qarın yağması Quba-Xınalıq, o cümlədən digər ucqar kəndlərə gedən yollarda çətinlik yaratmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:43]
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə
- 26.04.2024 [12:33]