REGİONLAR


Xızıda “Yay məktəbi”nə yekun vurulub

Sumqayıt, 30 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

İyunun 30-da Təhsil Nazirliyi, Sumqayıt Regional Mədəniyyət İdarəsi, Sumqayıt Şəhər, Abşeron və Xızı Rayon İcra Hakimiyyətlərinin dəstəyi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Yay məktəbi”nin yekununa həsr olunmuş tədbir keçirilib.

Xızı rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən “Yay Fest”də Milli Məclisin deputatı Müşfiq Məmmədli, Abşeron-Xızı Regional Təhsil İdarəsinin (RTİ) müdiri İlhamə Abdullayeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Sumqayıt şəhər, Abşeron və Xızı rayonları üzrə 600-dən çox şagird, təhsil işçiləri və valideynlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

İştirakçıları salamlayan Abşeron-Xızı RTİ-nin müdiri İlhamə Abdullayeva “Yay məktəbi”nin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bu gün ölkəmizdə təhsilə hərtərəfli qayğı göstərilir, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra tədbir iştirakçıları şagirdlər tərəfindən hazırlanmış müxtəlif mövzulu stendlərə baxış keçiriblər.

Sumqayıt-Abşeron-Xızı şagirdlərinin birgə intellektual və əyləncə proqramı çərçivəsində rəqs, muğam nömrələri, rəsm, əl və toxuculuq işlərinin sərgisi, bədii gimnastikanın təqdimatı, məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirən öyrədici oyunlar nümayiş etdirilib.

Tədbir konsert proqramı ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.