QAN YADDAŞI
Xocalı - qan yaddaşımız...
Bakı, 27 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Qan yaddaşımız” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçılarına Xocalı faciəsi barədə məlumat verilib.
Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Sonra Xocalı faciəsini əks etdirən videogörüntülər nümayiş olunub.