“Xortdanın cəhənnəm məktubları” Lənkəran teatrının səhnəsində
AzerTAg.az
Lənkəran, 16 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povestinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
AZƏRTAC xəbər verir ki, iki gəncin nakam məhəbbətindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Adil Zeynalov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Tamaşada rolları Xalq Artisti Qabil Quliyev, Əməkdar artistlər Sucəddin Mirzəyev, Zemfira Əhmədova, aktyorlardan Səyad Əliyev, Şahrud Mehdiyeva, Allahverən Babayev, Niftulla Əsgərov, Əlibala Əsgərov, Miraslan Ağayev və başqaları ifa ediblər.






Xəbərin mətnində orfoqrafik səhv var