DÜNYA
Xorvatiya 2020-ci ildə Şengen məkanına daxil olmaq niyyətindədir
Zaqreb, 18 oktyabr, AZƏRTAC
Xorvatiyanın Daxili İşlər Nazirliyinin dövlət katibi Tereziya Qras ölkəsinin 2018-ci ilin sonuna kimi Şengen məkanına daxil olmaq üçün tələb olunan bütün şərtləri yerinə yetirəcəyini bildirib. O, Xorvatiyanın 2020-ci ildə Şengen məkanına daxil olmasına ümid etdiklərini deyib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, onun fikrincə, Şengenə inteqrasiya ilə Xorvatiyanın və Avropa İttifaqının (Aİ) təhlükəsizliyi daha da güclənəcək. Xorvat vətəndaşların sərbəst hərəkəti iqtisadiyyat və turizm kimi sahələrin inkişafına zəmin yaradacaq.
Qeyd edək ki, Xorvatiya Avropa İttifaqına üzvü olan amma Şengen məkanına daxil olmayan altı ölkədən biridir (Rumıniya, Bolqarıstan, Kipr, Böyük Britaniya, İrlandiya, Xorvatiya). Şengen məkanına isə 22 Aİ ölkəsi və 4 ittifaqa üzv olmayan ölkələr daxildir (Norveç, İslandiya, İsveçrə və Lixtenşteyn).
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb