YANĞINDAN EHTİYATLI OLUN!
AZƏRTAC-ın Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən aldığı məlumata görə, Xaçmaz rayonunun Qusar kəndində baş vermiş yanğın zamanı Füruzə Qəlirovanın ikimərtəbəli evi əşyaları ilə birlikdə, Göyçayın Şahsoltanlı kəndində isə Bəhram Kərimovun iki otaqlı evi və Səkinə İsayevanın ona bitişik iki otaqlı mülkü sıradan çıxmışdır.
Hadisələrə səbəb odun sobasının həddindən çox qızması və elektrik naqillərində baş vermiş qısaqapanma olmuşdur.