MƏDƏNİYYƏT


“YARAT”da mədəniyyət işçiləri arasında intellektual turnirin final mərhələsi keçirilib

Bakı, 14 dekabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və “YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında intellektual turnirin final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, “YARAT” Müasir İncəsənət Məkanında təşkil edilən finalda Regional Mədəniyyət idarələrinin nümayəndələri, mədəniyyət könüllüləri və digərlər qonaqlar iştirak ediblər.

Mərkəzin direktoru Asif Usubəliyev bildirib ki, turnirin məqsədi gənc mədəniyyət işçilərinin hazırlıq səviyyəsinin artırılması, onlar arasında koordinasiyanı gücləndirmək və intellektual turnirlərdə iştirak səriştələrinin formalasdırılmasını təmin etmək, cəld və analitik düşünmə bacarığını inkişaf etdirməkdən ibarətdir. Bundan əlavə, gənclər arasında dostluq, yoldaşlıq münasibətləri və komanda ruhunun formalaşdırması və inkişaf etdirilməsinə nail olmaqdır.

Tədbir çərçivəsində mərkəzin əməkdaşı Ceyhun Əhmədovun müəllifli olduğu “İntellektual oyunların keçirilmə qaydaları” adlı metodiki vəsaitin təqdimatı keçirilib.

Xatırladaq ki, turnirin ilk mərhələsi Şamaxıda, ikinci mərhələsi Lənkəranda, üçüncü mərhələsi isə Gəncə şəhərində keçirilib. İlk mərhələdə Sumqayıt, Xaçmaz, Kürdəmir, Şəki, Şəmkir və İsmayıllı regional mədəniyyət idarələrinin, ikinci mərhələdə Lənkəran, Masallı, Biləsuvar Sabirabad, üçüncü mərhələdə isə Gəncə, Bərdə, Ağcabədi, Ağdaş və Ağstafa regional mədəniyyət idarələrinin təmsil olunduğu komandalar iştirak ediblər. Amma final mərhələsinə məhz Bakı, Sumqayıt, Xəzər, Masallı, Gəncə komandaları, ADPU-nun Şamaxı filialının, Lənkəran Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyət könüllülərinin təmsil edən komandalar vəsiqə qazanıb.

Finalda 7 komanda, ənənəvi olaraq, Azərbaycan və dünya mədəniyyətinə həsr olunmuş suallara cavab verməli idi. Oyunun qalibi Gəncə Regional Mədəniyyət İdarəsinin komandası olub. İkinci yerə Gəncə Dövlət Universitetinin könüllüləri, üçünçü yerdə isə Sumqayıt Regional Mədəniyyət İdarəsinin komandası çıxıb.

Qalib komandalar diplom və dəyərli hədiyyələrlə təltif olunublar. Bundan əlavə tədbir çərçivəsində ilin gənc mədəniyyət işçilərinə 5 nominasiyalar üzrə mükafatlar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.