MƏDƏNİYYƏT


“YARAT”da tanınmış amerikalı ekspertin mühazirəsi dinləniləcək

Bakı, 13 may, AZƏRTAC

Mayın 16-17-də “YARAT” Müasir İncəsənət Mərkəzində “İnsan: özünü dərk et” proqramı çərçivəsində tanınmış amerikalı tədqiqatçı- ekspert Aleks Sucunq-Kim Penqin mühazirəsi dinləniləcək.

Bu barədə “YARAT”dan AZƏRTAC-a məlumat verilib.

Bildirilib ki, futurist, yazıçı Silikon Vadisinin biznes məsləhətçisi Aleks Penq nə qədər çox işləsək, nəticə bir o qədər yaxşı olacağı mifini dağıdır. O, şüurlu istirahətin zehni və fiziki enerjini bərpa etmək və bununla yanaşı, düzgün istifadə edildikdə innovativ düşüncəni stimullaşdırmaq və yaradıcı həyatı inkişaf etdirmək imkanına malik olduğunu kəşf edib. Hamımız istirahət edirik, amma biz bunu daha yaxşı edib daha çox fayda əldə edə bilərik.

Müasir dövrdə qəribə fikirlərlə rastlaşırıq: “az yatsaq daha çox iş görə bilərik” və yaxud böyük şirkətlər daxili resursları bərpa etmək üçün işçiləri məzuniyyətlərindən istifadəyə təşviq etmək məqsədilə lotereyalar keçirmək məcburiyyətində qaldıqları halları ilə üzləşirik. Aleks Penq neyrobioloji tədqiqatlar və uğurlu, məhsuldar insanların tərcümeyi-hallarının öyrənilməsi sayəsində şüurlu istirahəti adət etdiyimizdən daha ciddi qəbul etməyimizin zəruri olduğunu izah edir. “İnsan: özünü dərk et” inkişaf proqramının direktoru Arstarulsmirus Tarus öz fikirlərini bölüşərək deyib: “O, istirahətin əhəmiyyətinin digər tərəflərini görməyə, insanları həyatın mövcud ritmini sağlamlıq, yaradıcılıq və real məhsuldarlıq baxımından gözdən keçirməyə çağırır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.