CƏMİYYƏT


“YAŞAT” Fondunun təşkilatçılığı ilə qazilərimiz və şəhid ailəsi üzvləri Şuşaya səfər ediblər

Bakı, 28 iyun, AZƏRTAC

“YAŞAT” Fondu 26 iyun - Silahlı Qüvvələr Günündə Vətən müharibəsi qazilərinin və şəhid ailəsi üzvlərinin Şuşaya səfərini təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfərdə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən müharibə əlilləri və orada şəhidlik zirvəsinə ucalanların valideynləri iştirak ediblər. Layihə “Bank Respublika”nın dəstəyi ilə həyata keçirilib.

Xatırladaq ki, “YAŞAT” Fondu tərəfindən öncə də bu cür səfər təşkil edilib. Belə ki, “Şəhid əmanətləri Şuşada” layihəsi çərçivəsində şəhidlərimizin övladları Şuşada ağacəkmə aksiyasında iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.