SİYASƏT
YASİR ƏRƏFAT FƏLƏSTİN MUXTARİYYƏTİNİN GÜC STRUKTURLARINA NƏZARƏTİ ÖZ ƏLİNDƏ SAXLAYIR
İnformasiya agentliklərinin yaydığı xəbərlərdə deyilir ki, Fələstin milli hökumətinin başçısı Yasir Ərəfat muxtariyyətin güc strukturlarına nəzarətin Baş nazir Mahmud Abbasa verilməsindən imtina etmişdir. Mahmud Abbas İordan çayının qərb sahilndəki və Qəzzə bölməsindəki bütün xüsusi xidmət orqanlarının Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsini tələb etmiş, lakin rədd cavabı almışdır.
Muxtariyyətin kəşfiyyat və əks-kəşfiyyat xidmətləri Ərəfatın nəzarəti altındadır. Bu qurumların rəhbərləri öz işlərini hökumətlə və DİN-lə əlaqələndirməkdən boyun qaçıraraq, Fələstin liderinə tabe olduqlarına istinad etmişlər.
Qüdsdə baş vermiş terror aktı və bundan sonra HƏMAS-ın liderlərindən birinin - İsmayıl Əbu Şanabın qətlə yetirilməsi İsraillə fələstinlilər arasında qarşıdurmanı daha da dərinləşdirmişdir.