İQTİSADİYYAT


YENİ ELEKTRON TİPLİ ATS İSTİFADƏYƏ VERİLMİŞDİR

Gəncədə telefon çəkilişində növbəlilik ləğv edilmişdir. Bu, köhnə tipli ATS-lərin yeni müasir avadanlıqla təchiz edilməsi və genişləndirilməsi nəticəsində mümkün olmuşdur. Eyni zamanda, telefon rabitəsi sahəsində xidmətin səviyyəsi də xeyli yüksəlmişdir.

Bu günlərdə əhalinin daha sıx yaşadığı vağzalyanı qəsəbədə daha bir elektron tipli avtomat telefon stansiyası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər şəhərdə rabitə sahəsində qazanılan uğurları Gəncənin sosial-iqtisadi inkişafı proqramının tərkib hissəsi olduğunu bildirmişlər. Açılış başa çatdıqdan sonra mərasim iştirakçıları 1024 nömrəlik stansiyanın işi ilə tanış olmuşlar.

Açılış mərasimində “Göygöl” Dövlət mahnı və rəqs ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.