RƏSMİ XRONİKA
YENİ ZELANDİYANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ XANIM HELEN KLARKA
Hörmətli xanım Baş nazir!
Yeni Zelandiyanın milli bayramı – Vaytanqa günü münasibətilə Sizi və bütün Yeni Zelandiya xalqını təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yeni Zelandiya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 yanvar 2002-ci il