MƏDƏNİYYƏT


“YUĞ”çular “III Riçard”ın məşqlərinə başlayıb

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Dövlət “YUĞ” Teatrında bolqar rejissor Xristo Stoyçevlə əldə edilən razılığa əsasən, rejissorun quruluşunda U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb.

Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov AZƏRTAC-a bildirib ki, yeni redaksiyada təqdim olunacaq tamaşada cəmi dörd obraz iştirak edəcək.

Elçin Cəfərov deyib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən Beynəlxalq Teatr Konfransı Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyasına və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına böyük töhfələr verib: “Beynəlxalq Teatr Konfransı zamanı tanış olduğumuz və yaradıcılıq əlaqələri qurduğumuz sənətçilərdən biri – bolqar rejissor Xristo Stoyçevlə növbəti yaradıcılıq əməkdaşlığı ilə bağlı görüşümüz olub. Xristo Stoyçev maraqlı dünyagörüşü və sənət təfəkkürü ilə seçilən, Azərbaycan mədəniyyətinə böyük rəğbət bəsləyən sənətçilərdəndir. Rejissorun 2000-ci ildə Lənkəran Dövlət Dram Teatrında hazırladığı “Mizantrop” tamaşası mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. İnanırıq ki, bu beynəlxalq layihənin həyata keçirilməsi həm “YUĞ” Teatrının yaradıcı inkişafı, həm də Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edəcək”.

Səhnə əsərinin sentyabrda təhvil veriləcəyi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.