YUNANISTANDA ZƏLZƏLƏ OLMUŞDUR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, avqustun 22-də Yunanıstanın şimalında Rixter cədvəli ilə 4,2 bal gücündə zəlzələ baş vermişdir. Tələfat və dağıntı yoxdur.
Seysmoloqların məlumatına görə, zəlzələnin mərkəzi Saloniki şəhərindən 120 kilometr cənub-qərbdə yerləşən Xalkidiki yarımadasının orta çıxıntısı Stonya yarımadasında olmuşdur.
Yeraltı təkanlar yerli əhalinin və əcnəbi turistlərin narahatlığına səbəb olmuşdur.