İQTİSADİYYAT
Yanvar ayında “Füzuli” SES-də 970 min kilovat-saat elektrik enerjisi istehsal edilib
Bakı, 1 mart, AZƏRTAC
“Füzuli” Su Elektrik Stansiyasında (SES) yanvar ayında 970 min kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Ötən il ərzində isə stansiyada elektrik enerjisi istehsal 36,4 milyon kilovat-saata yaxın olub.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, avadanlığın iş səmərəliliyinin artırılması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istər ötən il ərzində, istərsə də yanvar ayında elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.
Stansiya dispetçer qrafikinə uyğun istismar edilir. İstehsal olunan elektrik enerjisi 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə ötürülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]