DÜNYA
Yanvar ayında Gürcüstanda ərzaq və gündəlik istehlak mallarının qiyməti bahalaşıb
Tbilisi, 4 fevral, AZƏRTAC
Cari ilin ilk ayında Gürcüstanda ərzaq və gündəlik istehlak mallarının qiymətində xeyli artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, yanvar ayında ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,2 faiz, çörək və yulafın, eləcə də balıq ətinin 1,4 faiz, süd, pendir və yumurtanın 4,7 faiz, tərəvəzlərin 15,8 faiz, meyvə və giləmeyvənin isə 5,8 faiz bahalaşıb. Alkoqollu içkilər və tütünün qiymətində 5,8 faiz bahalaşma qeydə alınıb.
Gürcüstan Mili Statistika Xidmətinin məlumatına görə, illik inflyasiya ilə müqayisədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,2 faiz, alkoqollu içkilər və tütünün qiyməti 10,1 faiz, səhiyyə xərcləri 3,4 faiz, nəqliyyat xərcləri isə 1,7 faiz artıb.
Ötən ay Gürcüstanda inflyasiya 1,3 faiz təşkil edib.
İllik inflyasiya isə 2,2 faiz olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]