CƏMİYYƏT
Yanvar-iyun aylarında İİV-ə görə 1088 nəfər müayinə olunub VİDEO
Bakı, 13 avqust, AZƏRTAC
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində İİV infeksiyası üzrə yaradılmış könüllü məsləhət və müayinə məntəqəsində bu ilin 6 ayı ərzində müayinələrdən 1088 nəfər keçib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Narkomaniyanın zərərli tərəflərini əks etdirən profilaktik tədbirlərin keçirilməsi üçün Narkoloji Mərkəz lazımi texniki vasitələrlə təmin olunub. Bundan əlavə, yanvar-iyun aylarında əhalinin ayrı-ayrı təbəqələri, o cümlədən gənclər, hamilələr və tibb işçiləri üçün 4 çeşiddə 30 min nüsxə əyani vəsait çap edilərək paylanılıb.
Bununla yanaşı, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin və asılılığının vaxtında aşkarlanması üçün Səhiyyə Nazirliyinın fəaliyyət planına əsasən “Narkotiklərə yox deyək!” şüarı altında kampaniya davam edir.