CƏMİYYƏT


Yanvar-noyabr aylarında e-sosial.az portalına 8,7 milyon müraciət qeydə alınıb

Bakı, 7 dekabr, AZƏRTAC

Bu ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına 8,7 milyon müraciət qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2018-ci ilin son aylarında istifadəyə verilən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da bu ilin 11 ayında artmaqda davam edərək dekabrın 1-nə 1 milyon 20 minə çatıb.

Ölkənin sosial reyestri olan portal vasitəsilə vətəndaşlar onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış əldə edir. Həmçinin portal hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir.

Portalın “Android” və “İOS” əməliyyat sistemləri də fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.