DÜNYA
Yanvar-oktyabr aylarında Gürcüstan iqtisadiyyatı 5,1 faiz azalıb
Tbilisi, 1 dekabr, AZƏRTAC
Gürcüstan iqtisadiyyatı oktyabr ayında 3,9 faiz azalıb. Yanvar-oktyabr aylarında isə iqtisadiyyatda 5,1 faiz geriləmə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin icraçı direktoru Qoqita Todradze deyib.
Onun sözlərinə görə, azalma bütün maliyyə sektorlarında qeydə alınıb. Xüsusilə nəqliyyat, mehmanxana, restoran, inşaat, incəsənət, istirahət və əyləncə, eləcə də sənaye istehsalı sahələrində baş verib.
İcraçı direktor deyib ki, ölkə iqtisadiyyatında əsas rol oynayan ticarət dövriyyəsində də azalma qeydə alınıb. Belə ki, oktyabr ayında xarici ticarətdə ixrac 2,2 faiz, idxal isə 23,5 faiz azalıb. Cari ilin 10 ayında isə ixrac 11 faiz, idxal isə 17 faiz azalıb.
Oktyabrda ölkədə 4046 yeni müəssisə yaradılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi