İQTİSADİYYAT


Yanvarda 23 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib

Bakı, 22 fevral, AZƏRTAC

Bu ilin yanvar ayında ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 82,8 milyon manat məbləğində sığorta haqqı toplanıb, 23 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, könüllü sığorta bazarı üzrə haqlar 71,9 milyon manat, ödənişlər 18 milyon manat, icbari sığorta bazarı üzrə haqlar 10,9 milyon manat, ödənişlər isə 5 milyon manat olub.

Yanvar ayında sektor üzrə məcmu sığorta haqlarının 87 faizi könüllü, 13 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 78 faizi könüllü, 22 faizi isə icbari sığorta növlərinin hesabına formalaşıb.

Sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.