İQTİSADİYYAT
Yanvarda Bakıda 3,3 milyon ton neft və 1,6 milyard kubmetr təbii qaz çıxarılıb
Bakı, 1 mart, AZƏRTAC
Cari il yanvar ayında Bakıda 3 milyon 315,6 min ton neft (qaz kondensatı daxil olmaqla) və 1 milyard 571,3 milyon kubmetr əmtəəlik təbii qaz hasil olunub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hesabat ayında paytaxtın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 2,9 milyard manat olmaqla əvvəlki ilin yanvar ayına nisbətən 0,3 faiz artıb. Ay ərzində sahənin əsas məhsulu olan xam neftin hasilatı 3,3 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 1,6 milyard kubmetr təşkil edib. Əvvəlki ilin yanvar ayı ilə müqayisədə neft hasilatı 0,2 faiz, əmtəəlik qaz hasilatı isə 5,9 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]