DÜNYA
Yaponiya hökuməti KXDR tərəfindən buraxılan raketin heç bir zərər vurmadığını bildirib
Tokio, 17 yanvar, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən yanvarın 17-də buraxılan raket nəticəsində Yaponiyanın hava və dəniz gəmilərinə zərər dəyməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bu gün keçirilən mətbuat konfransı zamanı bildirib.
“İndiyə qədər biz Yaponiyanın dəniz və hava gəmilərinə hər hansı zərərin dəyməsini qeydə almamışıq”, - deyə baş katib qeyd edib. Onun sözlərinə görə, Yaponiya hazırda buraxılışla bağlı məlumatın təhlilini davam etdirir. Baş katib, həmçinin raketin uçuş hündürlüyü və düşmə yerindən əlavə başqa məlumat verməyib.
Yaponiya Sahil Mühafizəsi Xidməti yanvarın 17-də KXDR tərəfindən ballistik raketin sınağı barədə məlumat yayıb. Onun Yapon dənizinə düşdüyü bildirilir.
Qeyd edək ki, bu, KXDR-in yeni il başlayandan bəri artıq dördüncü raket sınağıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]