DÜNYA
Yaponiya yeni koronavirusa qarşı qrip əleyhinə dərmandan istifadə etmək niyyətindədir
Tokio, 22 fevral, AZƏRTAC
Yaponiya hökuməti yeni koronavirusa yoluxmuş insanların müalicəsi məqsədilə qrip əleyhinə dərmandan istifadə etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat naziri Katsunobu Kato fevralın 22-də keçirilən mətbuat konfransında deyib.
Nazirin bildirdiyinə görə, həmin dərman müsbət təsir edəcəyi halda nazirlik onun bu məqsədlə istifadəsinə icazə verəcək.
K.Kato deyib ki, ABŞ istehsalı olan “Aviqan” preparatı yeni koronavirusa qarşı xaricdə ən yaxşı təsir göstərmiş dərman kimi tanınıb.
Nazir, həmçinin qeyd edib ki, yeni koronavirusa qarşı uğur qazanmaq üçün yerli hakimiyyət orqanlarının və səhiyyə müəssisələrinin konkret tədbirləri özündə əks etdirən siyasəti hazırlanmalıdır. Həmin planın gələn həftənin çərşənbə axşamınadək hazır olacağı qeyd edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]