DÜNYA


Yaponiyada ilk maşinistsiz sürət qatarının sınaqları keçirilib

Tokio, 17 noyabr, AZƏRTAC

Yaponiyanın “JR East” dəmir yolu şirkətinin əməkdaşları ilk dəfə maşinistsiz “Shinkansen” sürət qatarının sınaqlarını keçiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı noyabrın 17-də məlumat yayıb. Bildirilir ki, sınaqlar gecə saatlarında Niiqata prefekturasındakı dəmir yolu xəttində keçirilib. Baş vaqonda olan maşinist bu zaman idarəetmə panelinə toxunmayıb və yalnız baş verənlərə nəzarət edib. Sınaqlar zamanı, “Shinkansen” qatarı saatda 100 kilometr sürətlə hərəkət edib. Bu zaman ştatdankənar heç bir vəziyyət qeydə alınmayıb.

Telekanalın bildirdiyinə görə, Yaponiyada maşinistsiz qatarların sınaqları əhalinin çox böyük sürətlə qocalması ilə əlaqədardır. Dəmir yolu şirkətləri yaxın gələcəkdə kadr çatışmazlığı ilə qarşılaşacaqlarından ehtiyat edirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.