DÜNYA
Yaponiyaya yaxınlaşan tropik siklon Kyuşu adasında torpaq sürüşmələrinə səbəb ola bilər
Tokio, 14 avqust, AZƏRTAC
Sinoptiklər xəbərdarlıq edərək bildirirlər ki, Yaponiyanın qərbinə yaxınlaşan güclü tropik siklon avqustun 14-də gecə və ya növbəti gün səhər Kyuşu adasında torpaq sürüşmələrinə səbəb ola bilər.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, siklonun Kyuşu adasına avqustun 14-də gecə və ya avqustun 15-də səhər saatlarında çatacağı gözlənilir. Bildirilir ki, Kyuşu adasının cənub rayonlarında gecə yağıntının miqdarı saatda 50 millimetrdən çox ola bilər.
Kyuşu adasının şimalında və Sikoku adasının bəzi rayonlarında da aramsız yağışların yağacağı gözlənilir. Sinoptiklər avqustun 15-də səhər saatlarında həmin ərazilərdə sutkada 100 millimetrdən 200 millimetrədək yağıntı düşəcəyini də proqnozlaşdırırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]