CƏMİYYƏT
Yasamal rayonu ərazisində avtomobildən pul, mobil telefon və geyim əşyaları oğurlanıb
Bakı, 19 mart, AZƏRTAC
Paytaxtda oğurluqla məşğul olan keçmiş məhkum tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 13-də Yasamal rayonu ərazisində “Jeep” markalı avtomobildən pul, 6 min manat dəyərində mobil telefon, 1500 manat dəyərində ətir və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nemətov Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun və A.Həsənovun ətraflarında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Nərimanov rayonu ərazisindəki bir köşkdən 2000 manat dəyərində tütün məmulatı, bir aptekdən 3750 manat və bir mağazadan isə 148 manat pul oğurlamaları da müəyyənləşib.
Davam etdirilən tədbirlərlə A.Həsənovun H.Dadaşzadə ilə birgə Nizami rayonu ərazisindəki bir gözəllik salonundan 480 manat oğurlamaları da məlum olub.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.