İQTİSADİYYAT


Yasamal rayonunda 7 kilometrlik küçə və yol yenidən qurulur VİDEO

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Yasamal rayonunda təmirə ehtiyacı olan 7 kilometrlik küçə və yollarda kompleks tədbirlər görülür.

Rayonun Bakı Dairəvi yolu ilə Yeni Yasamal yaşayış massivini birləşdirən yeni bağlantı yolun tikintisinin, həmçinin Ümid Əkbərov, Müzəffər Həsənov, Fəridə və Pərviz Abbasovlar, Qədirli, Lev Tolstoy və Şamil Əzizbəyov küçələrində yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlərin böyük bir hissəsi yerinə yetirilib.

Belə ki, təmir-tikinti işləri 1,6 kilometrlik Ümid Əkbərov, ümumi uzunluqları 800 metr olan Fəridə və Pərviz Abbasovlar və Qədirli küçələrində artıq yekunlaşdırılıb, həmçinin Yeni Yasamal yaşayış massivinə 700 metr uzunluğunda yeni bağlantı yolu inşa edilib.

Yenidənqurma işləri zamanı küçələr profilə salınıb, asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.

Hazırda analoji təmir-bərpa işləri ümumi uzunluğu 2700 metr olan Şamil Əzizbəyov və Lev Tolstoy küçələrində də davam etdirilir. Artıq bu küçələrin bir hissəsində işlər yekunlaşdırılıb.

Bundan başqa, Müzəffər Həsənov küçəsində də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Tərtib olunmuş qrafikə uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.