Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaşar Əliyev: Ermənistan Azərbaycan ərazisində yeni minalar yerləşdirməkdə davam edir

Yaşar Əliyev: Ermənistan Azərbaycan ərazisində yeni minalar yerləşdirməkdə davam edir

Vaşinqton, 3 dekabr, AZƏRTAC

Ermənistan tərəfindən anti-Azərbaycan siyasətin davam etdirilməsi və beynəlxalq hüququn kobud şəkildə pozulması ilə əlaqədar Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsi təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Yaşar Əliyevin məktubunda göstərildiyi kimi, Ermənistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalar yerləşdirməyi davam etdirməklə, bütün minalanmış sahələr barədə dəqiq və ətraflı məlumat verməkdən imtina etməklə bilərəkdən insanların həyatını təhlükə altına qoyur və münaqişədən sonrakı dövrdə reabilitasiyaya, yenidənqurma işlərinə və humanitar səylərə, habelə keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəraitdə qayıtmalarına əngəl törətməyə çalışır. Bu siyasət nəticəsində münaqişədən sonrakı 2 il ərzində Azərbaycanın 260-dan çox dinc sakini və hərbi qulluqçusu minaya düşərək həlak olub və ya yaralanıb.

Azərbaycanlı diplomat qeyd edir ki, Ermənistanın bu hərəkətləri beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və məsuliyyət doğurur. Ermənistan mina terrorizminə son qoymalı, bundan çəkinməli, özünün beynəlxalq hüquqa zidd əməlləri ilə vurulmuş ziyanı ödəməli, zərərçəkənlərə tam təzminat təqdim etməli və belə halların təkrarlanmayacağına zəmanət verməlidir.

İnsanların həyatını xilas etmək, regionda sülhü və inkişafı təmin etmək üçün Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə səylərin daha da fəallaşdırılması məqsədilə beynəlxalq dəstəyin də artırılması prinsipial əhəmiyyət kəsb edir. Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir. Bütün münaqişə dövründə Ermənistan Azərbaycanın vaxtı ilə işğal edilmiş ərazilərində yüz minlərlə mina və digər partlayıcı qurğular yerləşdirib.

BMT-nin Baş katibinə müraciətdə deyilir ki, bu məruzə Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə minaların yerləşdirilməsinin davam etməsinə aydınlıq gətirir. Belə ki, bu yaxınlarda Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında minalardan təmizləmə əməliyyatlarının gedişində aşkar edilmiş piyadalar əleyhinə minalar 2021-ci ildə Ermənistanda istehsal edilib və deməli, Ermənistanla Azərbaycan arasında bütün hərbi əməliyyatların dayandırılması barədə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalanandan sonra yerləşdirilib. Həmin sənədə əsasən, Ermənistanın üzərinə öz qoşunlarını Azərbaycandan çıxarmaq öhdəliyi qoyulub. Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi onun təcavüzkar siyasətinin davam etdirilməsinə sübutdur.

Məktubda qeyd edilir ki, Ermənistanın bu hərəkətləri piyadalar əleyhinə minaların mülki əhali üçün yaratdığı humanitar təhlükəni daha da artırır. Çünki bu hərəkətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində irimiqyaslı bərpa və yenidənqurma işləri aparılmasına mane olmağa, habelə yüz minlərlə məcburi köçkünün təqribən 30 illik işğaldan və etnik təmizləmələrdən sonra öz doğma yurdlarına qayıtmasının qarşısını almağa yönəlib.

Məruzədə deyilir ki, cari qeyri-texniki və texniki müşahidələrə görə, Gamış dağı və Sarıbaba dağlarını əhatə edən 93 kilometrlik ərazidə piyadalar əleyhinə təqribən 40 min mina yerləşdirilmiş təhlükəli sahələr var. Bundan əlavə, bu yaxınlarda Azərbaycanın Daşkəsən rayonunda Ermənistanda istehsal edilmiş PMN-E tipli piyadalar əleyhinə minalar aşkar edilib. 2020-ci il avqustun 16-dan oktyabrın 6-dək olan müddətdə Daşkəsən, Kəlbəcər və Laçın rayonlarında 3166 ədəd PMN-E tipli piyadalar əleyhinə minalar aşkar edilib. Onlardan 1671-i Laçında, 935-i Kəlbəcərdə, 560-ı Daşkəsəndə tapılıb. Bu fuqasların əksəriyyəti PMN-E tipinə aid olsa da, aşkar edilmiş və zərərsizləşdirilmiş fuqaslar arasında PMN-2, E-001M və TM-62 tipli minalar da olub.

Bundan əlavə, 2022-ci il oktyabrın 3-də Azərbaycanın Laçın rayonunun Zabux və Sus kəndlərindəki evlərdə və həyətlərdə erməni hərbçiləri tərəfindən quraşdırılmış mina-tələlər aşkar edilib. PMN-E fuqaslarından ibarət olan bu minalar tələ-məftil vasitəsilə işə salınan əl qumbaraları ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, üçtərəfli Bəyanatın 6-cı bəndinə müvafiq olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci il avqustun 26-da Azərbaycana qaytarılıb. Bu ərazilərdə fəal döyüş əməliyyatları aparılmayıb. Lakin Ermənistan öz qoşunlarını və qanunsuz məskunlaşan insanları çıxararkən orada mina-tələlər qoyub. Bu halda Ermənistanın yeganə məqsədi həmin əraziyə qayıdan dinc azərbaycanlı sakinlərə xəsarət yetirmək olub.

Azərbaycan ərazisində aşkar edilmiş minaların və partlayış təhlükəli əşyaların əksəriyyətinin istehsalçısı Ermənistana məxsus, 1991-ci ildə yaradılmış “Ayk-Meq” MMC-dir. Ermənistanın hərbi sənayesi sahəsində mühüm rol oynayan bu şirkət paytaxt İrəvanda yerləşir. Şirkətin istehsal etdiyi PMN-E, PMN-2, POMZ-2, OZM-72, MON-50 və PFM-1 tipli piyadalar əleyhinə minalar 2016–cı ildə Ermənistanda keçirilmiş ArmHiTec2016 müdafiə sənayesi sərgisində nümayiş etdirilib.

Məruzədə daha sonra qeyd edilir ki, Ermənistan tərəfindən minaların harada gəldi basdırılması yenə də dinc sakinlərin ölümünə və əziyyət çəkmələrinə gətirib çıxarır. Son 30 ildə 3336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) belə minalardan zərər çəkib. 131 hadisə kasetli sursatlarla bağlı olub. 2022-ci il oktyabrın 3-nə olan məlumata görə, üçtərəfli Bəyanat imzalanandan sonra 257 hərbi qulluqçu və mülki şəxs minaya düşüb, nəticədə 44 nəfər ölüb, 213 nəfər, o cümlədən 9 uşaq, 1 qadın və 3 KİV nümayəndəsi yaralanıb.

Erməni hərbçilər tərəfindən yerləşdirilmiş mina-tələlərlə bağlı 2022-ci ilin avqust ayında Laçın rayonunun yaşayış massivlərində baş vermiş yeni hadisələr əsla şübhə yeri qoymur ki, ermənilərin məqsədi azərbaycanlı dinc əhali arasında mümkün qədər çox insan tələfatına səbəb olmaqdır. Ermənistan beynəlxalq təzyiq nəticəsində 2020-ci ilə qədər minalanmış sahələr barədə bəzi məlumatları təqdim edib. Həmin informasiya 390.709 ədəd tank əleyhinə və piyadalar əleyhinə yerüstü mina və digər partlayıcı qurğular barədədir. Lakin bu məlumatlar Azərbaycanın işğaldan azad edilmiş bütün rayonlarının cəmi 5 faizini və Azərbaycanda minatəmizləmə fəaliyyətinin qiymətləndirilməsi haqqında 2022-ci il dekabr ayı üçün Birləşmiş Millətlər Təşkilatının minatəmizləmə xidməti və inkişaf proqramı tərəfindən hazırlanmış hesabatda əks olunmuş yüksək təhlükəli olması təsdiqlənmiş rayonların üçdəbir hissəsindən azdır. Məruzədə deyilir ki, əslində minalanmış sahələr barədə Ermənistan tərəfindən təqdim olunmuş məlumatların yalnız 25 faizə yaxın hissəsi mötəbər olub. Buradan belə nəticə çıxır ki, işğaldan azad edilmiş ərazilərin yalnız 1,25 faizə yaxın hissəsində minalanmış sahələr barədə məlumatı etibarlı hesab etmək olar.

Yaşar Əliyev qeyd edir ki, Ermənistanın baş naziri lovğalanaraq Azərbaycana verilmiş informasiyanın (o vaxta qədər Ermənistan təqribən 200.000 yerüstü mina istehsal edib) Ermənistan tərəfindən yerləşdirilmiş minaların yalnız “cüzi bir hissəsini” təşkil edir. Buna baxmayaraq, Ermənistan minalanmış bütün sahələr barədə informasiyanı açıqlamağa və müvafiq sənədləşdirmə aparılmadan yerləşdirdiyi minaların axtarışında əməkdaşlıq etməyə maraq göstərmir. Avropa İttifaqı tərəfindən təyin edilmiş yerüstü minalar üzrə ekspertin Ermənistan tərəfindən yerüstü minalar barədə məlumatın açıqlanmasına yönəlmiş səyləri heç bir ciddi nəticə verməyib.

Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi Ermənistanın beynəlxalq, o cümlədən üçtərəfli Bəyanatda nəzərdə tutulmuş öhdəliklərinə ziddir. Ermənistan özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayıb və Azərbaycana qarşı hərbi əməliyyatlara son qoymayıb. Bunun əvəzinə o, Azərbaycan ərazisində istehkamlar qurmağı və hərbi-mühəndis işləri aparmağı, o cümlədən piyadalar əleyhinə çoxsaylı minalar yerləşdirilməsini davam etdirir. Bu hərəkətlər beynəlxalq hüququn, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq humanitar hüququn yolverilməz şəkildə pozulmasıdır. Ermənistan buna görə məsuliyyət daşıyır.

Məruzənin sonunda qeyd edilir ki, Ermənistanın belə hərəkətləri nə regionda sabitliyə xidmət edir, nə də sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə.

AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar