Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Yaşıl yem texnologiyası heyvandarlıq təsərrüfatlarında alternativ yem bazası yaradacaq FOTO

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”

Bakı, 14 may, AZƏRTAC

Elmi axtarışlarının 89-cu ilini arxada qoymuş Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu hazırkı fəaliyyətini müasir dövrün çağırışları fonunda quraraq ölkəmizin qida təhlükəsizliyi prioritetlərinin reallaşdırılması istiqamətində işlər aparır. Bu gün institut əməkdaşlarının əsas tədqiqatları heyvandarlıqdakı cins tərkibinin dəyişdirilməsi sahəsində tədbirlərin müəyyən olunması, iri və xırdabuynuzlu heyvandarlıqda, quşçuluqda cins göstəricilərinin yüksəldilməsi, yeni cinslərin rayonlaşdırmaya qəbulu, seçimi və zoobaytar-zootexniki tələblərin elmi baxımdan əsaslandırılmasına yönəlib. Müəssisənin 2016-2020-ci illər üçün nəzərdə tutulmuş tədbirlər planına əsasən institutun əməkdaşları tərəfindən respublikamızın müxtəlif bölgələrində - Gəncə-Qazax, Şəki-Zaqatala, Mərkəzi Aran və Abşeronda müxtəlif mövzuda elmi-tədqiqat işləri həyata keçirilir.

AZƏRTAC aqrar ekspert Nicat Nəsirlinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda tətbiq olunan yaşıl yem texnologiyasının üstünlüklərinə dair məqaləsini təqdim edir.

Sənaye üsulu ilə yaşıl yem istehsalı ilin bütün mövsümlərində mümkündür

Bu elmi istiqamətlərdən biri də heyvandarlıqda qapalı rejimdə intensivliyin təmin olunması üçün alternativ yem bazasının tapılması və elmi əsaslandırmasını hazırlamaqdır. Yaxın günlərdə institut dünya təcrübəsində geniş yayılmış yaşıl yem texnologiyasının laboratoriya şəraitində tətbiqinə başlayıb. “Yemləmə, yem istehsalı və məhsulların emalı texnologiyası” laboratoriyasında lazımi avadanlıqlar qurularaq arpa, buğda, qarğıdalı, tritikale və digər dənli bitkilərdən yem məqsədilə yaşıl kütlə əldə olunur. Laboratoriyanın müdiri Namiq Həsənov bildirdi ki, dünya miqyasında otlaq-örüş sahələrinin ekoloji vəziyyətinin pozulması ilə bağlı olaraq otarılma şəraitinin pisləşməsi, nəticədə heyvanların qida tələbatının təmin edilməməsi yaşıl yem texnologiyasının kəşf olunmasına gətirib çıxarıb. Hazırda alternativ yem mənbələrinin tapılması, əkin dövriyyəsindən istifadə etmədən yem istehsalı bütün dünya ölkələrinin diqqətindədir: “Sənaye üsulu ilə yaşıl yem istehsalı ilin bütün mövsümlərində mümkündür. Bu, fasiləsiz prosesdir. Bu texnologiya, xüsusən sağmal heyvanları tələb olunan rasionda ilboyu qüvvəli yemləndirməyə imkan verir. Qısamüddətli təcrübələrimiz deməyə əsas verir ki, bu yem sağmal heyvanlarda süd məhsuldarlığını 12-15 faiz artırır, dölvermə qabiliyyətini daha da yüksəldir. Hazırda arpa, buğda, qarğıdalı, tritikale və digər dənlərdən istifadə etməklə qarışıq yaşıl yem istehsalını qurmuşuq, bunun da məhsuldarlığa təsirlərini öyrənirik”.

Çox sadə texnologiya ilə 130 kvadratlıq bir ərazidə 1 hektardakı qədər yaşıl yem almaq mümkündür

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev isə bu texnologiyanı iqtisadi səmərəlilik baxımdan yüksək qiymətləndirir: “Fermerlərimiz artıq indidən bu texnologiyaya böyük maraq göstərməyə başlayıblar. Onlar texnologiyanı tətbiq etmək, torpaq və digər resurslara qənaət etmək istədiklərini bildirirlər. Fermerlərə izah edirik ki, burada çox sadə texnologiyadan söhbət gedir. Dən müsbət 18 dərəcədə cücərdilir, mikro-makro vitaminlər su ilə bitkiyə ötürülür. Yaşıl yem E vitamini ilə zəngin olduğuna görə heyvanlarda məhsuldarlıq göstəricilərinin yüksəlməsinə səbəb olur. 130 kvadratmetrlik bir ərazidə yaşıl yem istehsalını qurmaq 1 hektarda əkilən məhsulu əldə etməyə imkan verir, üstəlik maya dəyəri ucuzdur və heç bir aqrotexniki qulluq işlərinə ehtiyac olmur. Açıq torpaq sahəsində əkinlə müqayisədə dəfələrlə səmərəlidir. Torpaqla yanaşı, su resurslarına qənaət etməyə imkan verir. Biz təcrübəmizdə gördük ki, 1 ton 300 kiloqram yaşıl yemin istehsalı üçün cəmi 700 litr su tələb olunur ki, bu su təkrar istifadə edilir. Eyni zamanda, müxtəlif dən materiallarından istifadə etməklə qarışıq yem vahidi əldə etmək olar. Bu texnologiya ev heyvanları üçün yemlərin qiymətinin aşağı düşməsinə təsir göstərəcək. Bu üsulla alınan yem heyvanlarda həzmi yaxşılaşdırır, çəkinin artmasını stimullaşdırır. Qarğıdalı, arpa, vələmir, tritikaledən ibarət qarışıq yem heyvanın məhsuldarlığına kəskin təsir göstərir. 8 kiloqram dən cücərtməklə 40 kiloqram yaşıl yem əldə edirik. Bu yemi heyvan çox iştaha ilə yeyir”.

Cəmi yeddi günə heyvanlar üçün ekoloji baxımdan təmiz, qidalı yaşıl yem alınır

Qeyd edək ki, dən əvvəlcə xüsusi qablarda yuyulur, bununla toxumlar göbələk sporlarından, toz-zibildən təmizlənir, sonra hər qabda 1-1,2 kiloqram hesabı ilə sərilir. İkinci gündən etibarən cücərti alınır. Üçüncü gün dənin kök sistemi şaxələnərək vegetativ inkişaf başlayır, dördüncü gün həm köklər, həm də yaşıl kütlə sürətlə inkişaf edir. Beşinci gün boy inkişafı daha da sürətlənir, altıncı və yeddinci gündə isə kök qalınlığı ilə birgə bitkinin hündürlüyü 20 santimetrə çatır. Cəmi yeddi günə heyvanlar üçün ekoloji baxımdan təmiz, qidalı bir yem vahidi hazırdır. 

Mütəxəssislər deyirlər ki, açıq hava şəraitində bu inkişafı yalnız dörd aya əldə etmək mümkündür. Heyvan yemi toxumları ilə birgə yeyir, əsas qidalılıq onun kök sistemindədir. Davamlı yaşıl yemin verilməsi heyvanlarda sağlamlığı, süd məhsuldarlığını, döl, bala çəkisi, südün yağlılığını artırır. Bu yemi bütün növ ev heyvanlarına verirlər. Bir çox ölkələrdə 1 kiloqram arpadan 10 kiloqram yaşıl yem kütləsi əldə olunur, ilin bütün aylarında əldə olunan proteinlə zəngin qida fermerlərin gəlirlərinə ciddi təsir göstərir. Mövcud təcrübələrə əsasən, yaşıl yem istehsalı texnologiyasından torpaq resursları məhdud olan ölkələr daha çox istifadə edirlər. Təsərrüfatlarda aparılan müşahidələr deməyə əsas verir ki, yaşıl yemlə yanaşı, qüvvəli yemlərin də tətbiqi sayəsində heyvanların fizioloji inkişafında müsbət irəliləyişlər əldə olunmaqdadır. Bu texnologiya bir sıra baxımdan Azərbaycan üçün cəlbedicidir. İyun ayından sonra aran rayonlarımızda kəskin quraqlıq başladığına görə örüşlərin ot ehtiyatı kəskin azalır, heyvanların bəslənməsində əlavə yemlərin verilməsi zərurəti meydana çıxır. Bu baxımdan iyun-aprel ayları ərzində yaşıl yemin hazırlanaraq heyvanlara verilməsi fermerlərin həm xərclərini azalda, həm də gəlir göstəricilərini artıra bilər.

Gündəlik rasionun yalnız 20-25 faizi yaşıl yem ola bilər

Yaşıl yem qidalılıq dəyərinə görə keyfiyyətli yem vahidi sayılır. Tərkibində olan bioloji cəhətdən yüksək qidalılıq və vitamin zənginliyi onun digər qüvvəli yemlərdən geri qalmadığını deməyə əsas verir. Yaşıl yemin tərkibində 20-25 faiz xam protein (zülal), 4-5 faiz yağ, 35-50 faiz azotsuz ekstaktiv maddələr, 9-11 faiz mineral duzlar və 10-15 faiz sellüloza var. Üstəgəl, 1 kiloqram yaşıl otun tərkibində 40-70 milliqram karotin var ki, bu da heyvanın məhsuldarlığına birbaşa təsir göstərir. Qoyunlar yaşıl otun tərkibində olan üzvi maddələrin 75-85 faizini mənimsəyir. Bir gün ərzində 1 baş heyvana tələb olunan yaşıl kütlə hesabı ilə yem vahidi xırdabuynuzlular üçün 4-6 kiloqram, iribuynuzlu heyvanlar üçün isə 7-8 kiloqramdır. Mütəxəssislər tövsiyə edirlər ki, yaşıl yem rasionda qüvvəli yemlərlə bərabər verilməlidir, gündəlik rasionun yalnız 20-25 faizi yaşıl yem ola bilər.

Qeyd edək ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu artıq bu müsbət təcrübənin fermer təsərrüfatlarında yayılması ilə bağlı maarifçilik işlərinə başlayıb. Yaxın günlərdə iri və xırda təsərrüfatlarda texnologiyanın tətbiqi ilə bağlı təlimlər keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfransı keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq VİDEO

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək VİDEO

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib VİDEO

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib VİDEO

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək