DÜNYA


“Yaşıllar” dizel yanacağı ilə işləyən avtomobillərin sürücülərinə güzəştlərin əleyhinədirlər

Berlin, 29 noyabr, AZƏRTAC

Bu yaxınlarda Almaniyanın nəqliyyat naziri vəzifəsinə təyin edilmiş Folker Vissinq dizel yanacağı ilə işləyən avtomobillərdən istifadə edilməsinə görə vergilərin azaldılmasını təklif edib.

AZƏRTAC xəbər verir ki, Almaniyadakı “Yaşıllar” və Azad Demokratlar partiyaları birlikdə bu təklifin əleyhinə çıxış ediblər.

Bu iki partiyanın bəyanatında “koalisiya sazişində dizel liberalizasiyasının nəzərdə tutulmadığı” qeyd edilir. “Yaşıllar” partiyasının yaxın vaxtlarda keçirilmiş konfransında da bu haqda söhbət olub. Həmin konfransda çıxış edənlər xəbərdarlıq ediblər ki, bu təşəbbüsə etirazlarını bildirəcəklər və parlament koalisiyasının digər iki partiyasında da dəstək axtarmaq niyyətindədirlər. Ekspertlərin əksəriyyəti nazir Vissinqin dizel yanacağının baha olmasını kompensiyaya etmək məqsədilə bu yanacaqla işləyən nəqliyyat vasitələri üçün vergini azaltmağın zəruri olması ideyasına şübhə ilə yanaşırlar.

“Yaşıllar” partiyasının rəhbəri Annalena Berbok nazirə etiraz edərək deyib: “Koalisiya sazişində benzinin dəyəri nəzərə alınmaqla dizel yanacağının dəyərinə düzəliş edilməsi nəzərdə tutulur”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.