MƏDƏNİYYƏT


Yaxın gələcəkdə regionlarda 15-dək turizm peşə məktəbinin açılması nəzərdə tutulur

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycanın turizm sənayesi dünyanın ən qabaqcıl təhsil sisteminə uyğun olaraq öz fəaliyyətini davam etdirir. Bütün bu məsələləri nəzərə alaraq deyə bilərik ki, yaxın gələcəkdə regionlarda 15-dək turizm peşə məktəbinin açılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan-Avstriya Turizm Proqramı”nın 10 illiyinə həsr olunmuş konfransda mədəniyyət və murizm naziri Əbülfəs Qarayev söyləyib.

Nazir deyib: “Bu il turizmin inkişaf tempi 24,9 faiz artıb. Azərbaycan turizmi ölkənin ümumdaxili məhsulunda 4 faiz paya malikdir. Beynəlxalq statistikanın qaydalarına uyğun olaraq 2025-ci ilədək Azərbaycan turizmi ümumdaxili məhsulun 8 faizini təşkil edəcək”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.