İDMAN


Yeddinci arena polo üzrə dünya kubokunun açılış mərasimi keçirilib VİDEO

Bakı, 13 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 13-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda 7-ci arena polo üzrə dünya kuboku turnirinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi və digər qonaqlar iştirak ediblər.

Turnirin açılış mərasimində iştirakçı komandaların keçidi olub.

7-ci arena polo üzrə dünya kubokunun qarşılaşmaları “Elite Horse and Polo Club”da yerləşən meydançada keçirilir. İlk oyunda “Elite Horse & Polo Club Baku” komandası İsveçrənin “Evviva Polo Club St. Moritz” klubu ilə qarşılaşır.

Günün ikinci görüşü “Los Nocheros Polo Club Münster” (Almaniya) və “Planernaya Polo Club Moscow” (Rusiya) komandaları arasında oynanılacaq. Turnirin ikinci gününün açılış görüşü “Evviva Polo Club St. Moritz” və “Los Nocheros Polo Club Münster” arasında baş tutacaq. İkinci oyunda “Elite Horse & Polo Club Baku” və “Planernaya Polo Club Moscow” komandaları üz-üzə gələcəklər. Sentyabrın 15-də üçüncü yer uğrunda görüş və final matçı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.