İDMAN


Yeddinci arena polo üzrə dünya kubokunun ikinci turuna start verilir

Bakı, 14 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda keçirilən 7-ci arena polo üzrə dünya kubokunun ikinci turuna start verilir.

AZƏRTAC xəbər verir ki, turnirin ikinci gününün açılış görüşü “Evviva Polo Club St. Moritz” (İsveçrə) və “Los Nocheros Polo Club Münster” (Almaniya) komandaları arasında oynanılacaq. Hər iki komanda ilk oyunlarını məğlub olublar. Belə ki, “Evviva Polo Club St. Moritz” Azərbaycan təmsilçisi “Elite Horse & Polo Club Baku” komandasına böyük hesabla uduzub – 11:3. “Los Nocheros Polo Club Münster” isə Rusiya poloçularına məğlub olub. “Planernaya Polo Club Moscow” rəqibini 9:7 hesabı ilə məğlub edib.

Günün ikinci qarşılaşması “Elite Horse & Polo Club Baku” və “Planernaya Polo Club Moscow” komandaları arasında oynanılacaq.

Turnirin oyunları “Elite Horse and Polo Club”da yerləşən meydançada keçirilir. Turnirə sentyabrın 15-də yekun vurulacaq.

Xatırladaq ki, gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.