DÜNYA


Yeni Zelandiyada parlament seçkilərində Leyboristlər Partiyası qələbə qazanıb

Tokio, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim Leyboristlər Partiyası qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, Baş Nazir Casında Ardernin rəhbərlik etdiyi partiya 120 yerlik parlamentdə 64 yer əldə edib.

Qeyd edək ki, seçkilər koronavirus pandemiyasına görə bir ay müddətinə təxirə salınmışdı.

Yeni Zelandiya Seçki Komissiyası bəyan edib ki, xaricdə səsvermənin nəticələri istisna olmaqla, hesablanmış səslərin sayına görə artıq üstünlük Leyboristlər Partiyasının tərəfindədir. Ölkənin ən böyük müxalifət partiyası hesab edilən Milli Partiya 35 deputat mandatı əldə edərək ikinci yerdədir.

İkinci müddətə ölkənin Baş Naziri olacaq C.Ardern tərəfdarlarına bildirib ki, qarşıdakı üç ildə böyük vəzifələrin həyata keçirilməsi gözlənilir və Yeni Zelandiya koronavirusa qalib gəldikdən sonra daha güclü olacaq.

C.Ardernin fəaliyyəti xüsusilə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkəyə girişin dayandırılması barədə qərarın qəbuluna və ciddi izolyasiya tədbirlərinin həyata keçirilməsinə görə yüksək qiymətləndirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.