MƏDƏNİYYƏT
Yeni ildə opera və balet həvəskarlarını maraqlı tamaşalar gözləyir
Bakı, 1 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanvar repertuarı maraqlı tamaşalarla zəngindir.
AZƏRTAC xəbər verir ki, yanvarın 7-də Astor Pyatsollanın “Məhəbbət tanqosu”, 11-də Vasif Adıgözəlovun “Natəvan” operaları oynanılacaq.
Yanvarın 14-də teatrın səhnəsində muğam axşamı olacaq.
Tamaşaçılar yanvarın 17-də Firəngiz Əlizadənin “İntizar”, 18-də Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, yanvarın 24-də Cüzeppe Verdinin “Trubadur” operalarına baxa bilərlər.
Yanvarın 31-də bəstəkar Polad Bülbüloğlunun 70 illik yubileyi münasibətilə “Eşq və ölüm” baletinin premyerası olacaq.
Repertuarında uşaqları da yaddan çıxarmayan teatrın kollektivi yanvarın 10-da Pyotr Çaykovskinin “Şelkunçik” baletini nümayiş etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]