CƏMİYYƏT
Yeni nəşr olunan “Təbibim yanımda” kitabı hər kəsə ünvanlanıb
Bakı, 3 fevral, AZƏRTAC
Həkim-fitoterapevt Fizuli Hüseynovun “Təbibim yanımda” kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitabda zamanın süzgəcindən keçərək qədimdən bu günə qədər gələn reseptlər, Tibet təbabətində, islam dünyasında tətbiq olunan və həkimin özünün şəxsi təcrübəsində müxtəlif xəstəliklərin müalicəsində istifadə etdiyi müalicə formaları öz əksini tapıb.
Kitabda həmçinin, dərman bitkiləri, bitki qarışıqları və bitki yağlarından istifadə qaydaları, qanalma, zəli ilə müalicə, habelə digər fitoterapevtik və xalq təbabətindən gələn müalicə üsulları, eləcə də sağlam qidalanmaq və sağlam yaşamaq barədə də maraqlı məlumatlar var.
“Təbibim yanımda” kitabı sağlamlığına biganə olmayan hər kəsə ünvanlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]