DÜNYA


Yeni sorğu: Prezident debatlarında Tramp qalib gələcək, Bayden uduzacaq

Vaşinqton, 8 sentyabr, AZƏRTAC

“USA TODAY” qəzeti və Saffolk Universiteti tərəfindən birgə aparılmış yeni ictimai rəy sorğusu nəticəsində məlum olub ki, amerikalıların əksəriyyətinin fikrincə, qarşıdakı prezident debatlarında Tramp qalib gələcək, Bayden uduzacaq.

AZƏRTAC xəbər verir ki, sorğuda iştirak etmiş amerikalıların 47 faizinin fikrincə, həmin debatlarda Tramp qalib gələcək. Respondentlərin 41 faizi isə Demokratlar partiyasından namizəd Co Baydenin qalib gələcəyini gözləyir.

Üç mərhələdən ibarət olacaq prezident debatlarının birincisi sentyabrın 29-da keçiriləcək.

Xatırladaq ki, 2016-cı ildə Donald Tramp ilə demokratların namizədi Hillari Klinton arasında keçirilmiş birinci debatlara 84 milyon televiziya tamaşaçısı baxmışdı. Bu, prezident debatları təcrübəsində rekord göstərici olub. Seçicilərin çoxu Pyu Tədqiqat Mərkəzinə bildiriblər ki, debatlar seçicilərin kimə səs vermək barədə qərara gəlmələrinə əhəmiyyətli dərəcədə kömək edib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.