ELM VƏ TƏHSİL
Yeni yaradılmış sektor işğaldan azad edilmiş rayonların toponimlərini tədqiq edəcək
Bakı, 13 noyabr, AZƏRTAC
Nəsimi adına Dilçilik İnstitutunda Toponimika sektoru yaradılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, filologiya elmləri doktoru Qara Məşədiyev bu sektorun müdiri təyin edilib.
Coğrafi adlar yerin yaddaşıdır. Onlar müqəddəs tutulmalıdır. Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib. İşğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə yeni erməni adları qoyulub.
Yeni yaradılmış sektor toponimlərin tədqiqi, ermənilər tərəfindən adları dəyişdirilən 400-ə yaxın toponimin adının qaytarılması məsələləri ilə məşğul olacaq.
Həmçinin Toponimika sektoru işğaldan azad edilmiş rayonlarda küçələrə, meydanlara, parklara Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizin adlarının verilməsi təklifini də irəli sürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:44]
Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub
- 26.04.2024 [17:15]
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar
- 26.04.2024 [16:52]
“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev
- 26.04.2024 [16:34]
“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB
- 26.04.2024 [16:32]
Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub
- 26.04.2024 [16:13]
BDU-da “Türk otağı” açılıb
- 26.04.2024 [15:49]
BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir
- 26.04.2024 [15:35]